Almaniya millisi səfərdə Hollandiyanı məğlub edib
Tarix: 25.03.2019 | Saat: 03:04:00 | E-mail | Çapa göndər



Martın 24-də "Avro-2020" seçmə mərhələsinin ikinci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması "Johan Cruijff Arena" stadionunda oynanılıb. "C" qrupunda yer alan Hollandiya millisi Almaniya yığmasını qəbul edib.
Görüş Almaniya millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
İlk dəqiqələrdən hücuma keçən Almaniya millisi 15-ci dəqiqədə hesabı açıb. Leroy Sane adını tabloya yazdırıb - 0:1. Matçın 34-cü dəqiqəsində almanlar yenidən fərqlənib. Serge Qnabri fərdi ustalığı sayəsində iki müdafiəçini keçərək uzaq küncə dəqiq zərbə endirib - 0:2. Birinci hissə Almaniya yığmasının 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qarşılaşmanın ikinci hissəsinin 48-ci dəqiqəsində Hollandiya seçməsi qollardan birinin əvəzini çıxıb. Menfis Depayın cinah ötürməsini Matthjis De Ligt dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:2. Vurulan qoldan on beş dəqiqə sonra "narıncılar" hesabda tarazlıq yaradıb. Menfis Depay cərimə meydançasının daxilində qarışıqlıqdan yararlana bilib - 2:2. Oyunun 89-cu dəqiqəsində Almaniya millisi yenidən hesabda önə keçib. Niko almanların qələbə topunu vurmağa nail olub.
Qalan dəqiqələrdə Hollandiya seçməsi hücuma keçsə də, hesab dəyişməyib.
İlk turda Hollandiya millisi Belarus yığmasını darmadağın etmişdi (4:0), Almaniya isə reqlamentə əsasən rəqibsiz qalmışdı.
Qrupun digər matçında Şimali İrlandiya doğma azarkeşlər önündə Belarus seçməsini 2:1 hesabı ilə məğlub edib.
Azərbaycan millisinin yer aldığı "E" qrupunda isə iki oyun keçirilib.
Mübarizəyə yeni başlayan Uels yığması "Kardiff Siti" stadionunda Slovakiyanı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 5-ci dəqiqədə Daniel Ceyms vurub.
Qrupun digər oyununda Macarıstan Xorvatiya ilə üz-üzə gəlib. Budapeştdəki "Groupama Arena"da təşkil olunmuş qarşılaşmada yerli komanda qalib gəlib - 2:1. Hesabı 13-cü dəqiqədə qonaq komandadan Ante Rebiç açıb. Lakin 34-cü dəqiqədə Adam Salai, 76-cı dəqiqədə isə Mate Patkai fərqləniblər.




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Salahdan “Real“ açıqlaması
21.08.2019
"Barcelona" Neymarın keçidini həll etdi
21.08.2019
Alimlər araşdırdı: Messi, yoxsa Ronaldo güclüdür?
21.08.2019
UEFA Çempionlar Liqasının play-off mərhələsinin oyunları keçirilib
20.08.2019
“Barselona“da ciddi itki

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info