Prezident Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub
Tarix: 26.03.2019 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 26-da Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, burada 2017-ci ilin avqustundan mərhələli şəkildə yenidənqurma işlərinə başlanılıb. Bura 1970-ci ildə açılıb və 9 il "Nərimanov" elektrik deposunun platforması olub. 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb. Müasir səviyyədə yenidən qurulan stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastrukturu və fasadı tamamilə yenilənib. Giriş-çıxışı birbaşa ikinci mərtəbədən olan “Bakmil” Bakı metropoliteninin yeganə yerüstü stansiyasıdır. Yenidənqurma zamanı stansiyanın fəaliyyətini dayandırmamaq məqsədilə təmir-bərpa prosesi mərhələlərlə aparılıb. Yalnız ötən ilin avqustundan işlərin son mərhələsində sərnişinlərin stansiyadan istifadəsinə günün müəyyən saatlarında məhdudiyyətlər qoyulub. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib ki, bu da əvvəlkindən daha etibarlı, davamlı və uzunömürlüdür. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib.
Bundan başqa, əhəmiyyətli yeniliklərdən biri də açıq hava şəraitində yerləşən stansiya yolunun çətirlə örtülməsidir. Platforma boyunca bütün yol sahəsini əhatə edən çətir sərnişinləri və qatarları yağışdan qorumaqla yanaşı, burada gecə vaxtlarında qatar saxlanılmasına da imkan yaradır. Stansiyada bütün kommunikasiya xətləri təzələnib, yanğın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib. Gözləmə zalında yeni asma tavan, müasir işıqlandırma və informasiya-məlumat sistemləri, turniketlər quraşdırılıb.
Stansiyanın ətrafında abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.




 
Bölməyə aid digər xəbərlər
15.12.2019
Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı
15.12.2019
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib
14.12.2019
Parlament seçkilərinə qatılan partiyaların sayı 9-a çatdı
14.12.2019
Masallıda payız ağacəkmə kampaniyası keçirilib
14.12.2019
Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info