Çinli məmur rüşvətə görə 14 il azadlıqdan məhrum edilib
Tarix: 26.03.2019 | Saat: 16:52:00 | E-mail | Çapa göndər



Çinin Kiberməkana Nəzarət Administrasiyasının sabiq direktoru Lu Vey rüşvət aldığına görə 14 il müddətinə azadlıqdan məhrum edilib.
AZƏRTAC xəbər verir ki, Ninbo Şəhər Məhkəməsinin hökmünə əsasən, keçmiş məmur 3 milyon yuan (446,9 min ABŞ dolları) cərimə də ödəyəcək. O, apelyasiya şikayəti verməyəcəyini bildirib.
Qeyd edək ki, Lu Vey 2013-cü ilin aprelindən 2016-cı ilin iyununadək Çin Kiberməkan Administrasiyasının direktoru işləyib. Ondan əvvəl isə Pekin şəhər merinin müavini, Çin Kommunist Partiyası paytaxt təşkilatının təbliğat şöbəsinin müdiri kimi məsul vəzifələrdə çalışıb.
Korrupsiya əməllərində şübhəli bilinən Lu Vey haqqında cinayət işi 2017-ci ildə başlayıb, bir il sonra isə o, Kommunist Partiyası sıralarından xaric edilib. Keçmiş məmurun müxtəlif vəzifələrdə çalışarkən vəzifə səlahiyyətlərini aşdığı, külli miqdarda (təxminən 4,7 milyon dollar) rüşvət aldığı bildirilir.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Gəncədə ailə faciəsi: bir ailənin 4 üzvü dəm qazından boğuldu
09.12.2019
Astarada dəhşətli qətl - Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı
09.12.2019
Aeroport yolunda zəncirvari qəza - 3 avtomobilə görə yol tıxandı
09.12.2019
CAR-da mədəndə qəza nəticəsində 4 fəhlə öldü
08.12.2019
Litvada idman təyyarəsi qəzaya uğrayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”
5 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info