Valideynlər prinsipial mövqe bildirməlidir
Tarix: 25.07.2013 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Şagirdlərin müəyyən bir sinfi bitirmədən növbəti sinfə keçirilməsi barədə qaydalar hazırda mövcud deyil. Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsində vətəndaşların sualları cavablandırılarkən qeyd olunub ki, bu hal kütləvi xarakterdə ola bilməz.
Şagirdlərin müəyyən bir sinfi bitirmədən növbəti sinfə keçirilməsi yalnız xüsusi istedadı ilə fərqlənən, idraki və kommunikativ bacarıqları yaşıdlarına nisbətən daha yüksək inkişaf etmiş uşaqlara aiddir. Təhsil nazirinin əmrinə əsasən isə ölkədə uşaqların vaxtından əvvəl I sinfə qəbulu hər il 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir. Vətəndaşların digər sualları cavablandırılarkən qeyd olunub ki, Azərbaycan Dövlət İqtisad Universitetini bitirənlər ümumtəhsil məktəblərində müəllim işləyə bilməz: “Ümumtəhsil müəssisələri direktorlarının müavinləri İKT məsələlərinə rəhbərlik edirlər. Gələcəkdə ümumtəhsil məktəblərinə maliyyə müstəqilliyi verilərkən zərurətdən asılı olaraq İKT üzrə müavin ştatlarının ayrılması məsələsinə baxılacaq”. Vətəndaşların suallarına cavab olaraq qeyd edilib ki, repetitorluğa qarşı Təhsil Nazirliyinin mövqeyi məlumdur və bunun aradan qaldırılması üçün tədbirlərin görülməsi daim gündəmdədir. Vurğulanıb ki, belə fəaliyyətlə məşğul olan müəllimlərin məktəbdən uzaqlaşdırılması heç bir qanunvericilik aktında nəzərdə tutulmayıb: “Repetitorluqla məşğul olub məktəbdə keyfiyyətli dərs deməyən müəllimlərlə əlaqədar təhsil orqanları, məktəb rəhbərləri ilə yanaşı, valideynlər də prinsipial mövqe bildirməlidir”.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir
16.10.2019
Prezident: Minimum pensiyanın səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir
16.10.2019
Əmək miqrasiyası kvotası ilə bağlı təkliflər hazırlanıb
16.10.2019
Əmək müqavilələrinin sayı 126 min artıb
16.10.2019
Nazir daha iki rəis təyin etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info