Braziliya Ciu-Citsu və Kombat Ciu-Citsu üzrə açıq turnir keçirilib
Tarix: 26.03.2019 | Saat: 11:23:00 | E-mail | Çapa göndər


Hövsan Olimpiya İdman Kompleksində Braziliya Ciu-Citsu döyüş sənətinin No-Gi versiyası və Kombat Ciu-Citsu döyüş sənəti üzrə Açıq Turnir keçirilib. Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Firudin Paşayev çıxış edib. Ölkədə gedən inkişafdan danışan F. Paşayev dövlət başçısı cənab İlham Əliyevin idmana xüsusi diqqət və qayğısına toxunub. Daha sonra çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov qonaqları salamlayaraq idmançılara müvəffəqiyyət arzulayıb. O həmçinin ölkəmizdə bu idman növlərinə artan maraqdan və bu idman növlərinin populyarlaşmasından söz açaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə də yarışa göstərdiyi dəstəyinə görə xüsusi təşəkkürünü bildirib. Ondan sonra çıxış edən Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri, qara kəmər sahibi Taleh Həsənov da yarış iştirakçılarını və qonaqları salamlayıb və onlara müvəffəqiyyət arzulayıb. Bundan sonra tədbirdə çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin vitse-prezidenti Murad Cəfərov da idmançılara müvəffəqiyyət arzulayaraq bu iki qurumun təşkilatçılığı ilə keçirilən yarışın bu idman növlərinin gələcəyinə müsbət təsir göstərəcəyini deyib. Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin baş məşqçi-təlimatçısı, respublikanın əməkdar məşqçisi, Kombat Ciu-Citsu döyüş sənəti üzrə beşinci dan qara kəmər sahibi Rəsul Məmmədov ölkəmizdə idmanın inkişafından, bu idman növlərinin sağlam həyat tərzi üçün önəmli olmasından və vətənpərvərlik ruhunda tərbiyə üçün xüsusi əhəmiyyətə malik olmasından danışıb. Keçirilən yarışda Braziliya Ciu-Citsu və Kombat Ciu-Citsu üzrə iyirmiyə yaxın klub və nümayəndəlik iştirak edib. Bundan başqa yarışda qonaq qismində Rusiyadan bir və Gürcüstandan iki komanda da iştirak edib. 200-dən çox idmançının mübarizə apardığı yarışda müxtəlif çəki dərəcəsi, yaş və kəmər kateqoriyasında uşaqlar, yeniyetmələr, gənclər və veteranlar öz güclərini sınayıblar. Yarışın sonunda turnirin qalibləri diplom və medallarla mükafatlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
16.12.2019
“Mançester Siti“ səfərdə “Arsenalı“ darmadağın edib
15.12.2019
Futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinə start verilib
15.12.2019
“Atletiko” iki cavabsız qolla qalib gəlib
15.12.2019
“Barselona“dan xal itkisi
15.12.2019
Emil Balayev üçün erməni baş məşqçi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info