Şəhid ailələri ziyarət edilib
Tarix: 26.03.2019 | Saat: 11:26:00 | E-mail | Çapa göndər


Millət vəkili Sona Əliyeva Novruz bayramı günlərində 2016-cı ilin aprel və 2017-ci ilin fevral şəhidlərinin ailə üzvlərini ziyarət edib. Şəmkirdən olan şəhidlərimizin ailələrinin qapısını bayram sovqatı ilə döyüb.
Millət vəkili ilk olaraq 2017-ci ilin fevral ayında ön xətdə düşmən snayperinin açdığı atəşlə şəhid olmuş igid əsgərimiz Xanoğlan Xəlilovun Şeidlər kəndində yaşayan ailə üzvləri ilə görüşüb.
Şəhidin atası İntizam Xəlilov həmişə, eləcə də ən çətin anlarında onların yanında olduğu millət vəkilinə təşəkkür edib. Şəhidin anası Səmayə Xəlilova dövlətimizin və yerli icra orqanlarının hər zaman diqqət və qayğısı altında olduqlarını bildirib.
Millət vəkili öz növbəsində bildirib ki, şəhidimizin boya -başa çatdığı küçə indi Xanoğlan Xəlilovun adını daşıyır: "Xanoğlan bizim fəxrimizdir. Bütün şəmkirlilər, eləcə də Azərbaycan xalqı şəhidimizlə fəxr edir. İndi sizin oğlunuz təkcə sizin deyil, Azərbaycan xalqının övladıdır".
Sonra millət vəkili Xəlilovlar ailəsinin təklif və istəklərini dinləyib. Onların qaldırdığı məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb.
Daha sonra Sona Əliyeva 2016-cı ilin aprelində şəhid olmuş polkovnik Vüqar Yusifovun ailə üzvləri ilə görüşüb. Rayonun Şiştəpə kəndində yaşayan şəhidin azyaşlı övladlarını, valideynlərini Novruz bayramı münasibəti ilə təbrik edib. Şəhidin atası Nürəddin Xəlilov daim onları diqqətdə saxladığına görə millət vəkilinə ailəsi adından təşəkkürünü çatdırıb. Şəhidin anası Validə Yusifova millət vəkili Sona Əliyevanın hər zaman onların qapısını döyməsini, arzu və istəklərini dinləməsini, bir sıra məsələlərin yerindəcə həllini tapmasını şəhid ailəsi üçün böyük təsəlli olduğunu vurğulayıb.
Xanım deputat daha sonra Düyərli kəndində yaşayan şəhid ailəsinin görüşünə yollanıb. Aprel şəhidlərimizdən olan Altun Dəmirlinin anası Gülşən İsgəndərova ilə görüşüb. Şəhid anasına bayram sovqatını - Novruz xonçasını təqdim edib. Gülşən İsgəndərova Sona xanımın bu ailənin tez - tez ziyarətçisi olduğu əziz qonağı kimi təqdim edib.
Axşam saatlarında millət vəkili Şəmirin Kür qəsəbəsində məskunlaşmış şəhid Vüsal Əliyevin ailə üzvlərini ziyarətə yollanıb. Həyat yoldaşı Qarabağ döyüşlərində şəhid olan şəhid Vüsal Əliyevin anası Şahnaz Əliyeva millət vəkilinin bayram təbriklərini qəbul edib. Onun boynuna sarılıb. Sona Əliyeva şəhid anası ilə söhbətləşib. Problemlərinin olub - olmadığını soruşub. Şəhid ailəsinin qaldırdığı bir sıra məsələlər elə yerindəcə həllini tapıb. Bir sıra məsələlər millət vəkilinin nəzarətinə götürülüb. Millət vəkili bildirib ki, ildə bir neçə dəfə aprel və fevral şəhidlərinin ailələrini ziyarət etdiyini, dövlətin və Ali Baş Komandanın diqqətinin hər zaman şəhid ailələrinin üzərində olduğunu diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
30.11.2020
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi
30.11.2020
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
29.11.2020
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
28.11.2020
“LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
2 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
3 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
4 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
5 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info