“Azərenerji” yarımstansiyalarda kompleks şəkildə yenidənqurma işləri aparır
Tarix: 27.03.2019 | Saat: 11:27:00 | E-mail | Çapa göndər


“Azərenerji” ASC “Reabilitasiya Proqramına” uyğun olaraq, elektrik stansiyaları, dispetçer idarəetmə mərkəzləri, yüksəkgərginlikli ötürmə xətləri ilə yanaşı sistem əhəmiyyətli yarımstansiyalarda da kompleks tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Qeyd edək ki, enerjisistemdə yarımstansiyaların yenidən qurulması, o cümlədən yüklənən transformatorları dəyişərək gücünün çoxaldılması artan gücün qarşılanması və avadanlıqların qızamasının, bununla da qəzaların qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda qəza rejimində yükü bir yarımstansiyadan digər yarımstansiyanı üstünə köçürülməsi, itkilərin aradan qaldırılması, ən əsası isə paylayıcı şəbəkə istehlakçılarının daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün yarımstansiyaların yenidən qurulması və gücünün artırılması olduqca vacib məsələdir.
Odur ki, Dövlət tərəfindən ayrılan vəsait və daxili imkanlar hesabına “Azərenerji” ASC-nin balansında olan 220 kV-luq “Xırdalan” və “Müşfiq”, 110 kV-luq “8-ci km”, “Zabrat”, “Əhmədli”, “Dübəndi”, “Maştağa”, “Buta”, “Ələt”, “Zığ”, “Sumqayıt-2”, “Gəncə-1”, “Quba”, “Mingəçevir şəhər”, “Sabirabad”, “Şəki” və 205 saylı yarımstansiyalar yenidən qurulur. Bundan başqa Sumqayıt şəhərində sənaye komplekslərinin qidalandırılması üçün yeni 110 kV-luq “Sulfanol” yarımstansiyası tikilir və işlər yekunlaşmaq ərəfəsindədir. Paralel olaraq “Reabilitasiya Proqramı” çərçivəsində son 6 ayda digər yarımstansiyalarda da təmir-bərpa işləri həyata keçirilib və yarımstansiyaların gücü əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, 110 kV-luq “Masazır” yarımstansiyasında 25 MVA transformator 40 MVA transformatorla, “Cənub” yarımstansiyasında 25 MVA transformator 40 MVA transformatorla, “135 saylı” yarımstansiyada 2 ədəd 40 MVA transformatorlar 80 MVA transformatorlarla əvəz olunub. Eyni zamanda “Ələt” yarımstansiyasında 15 MVA transformator 25 MVA transformatorla, “Əhmədli” yarımstansiyasında 40 MVA transformator 80 MVA, 63 MVA transformator 80 MVA transformatorla, “Zabrat” yarımstansiyasında 63 və 40 MVA transformatorlar 80 MVA transformatorla əvəz edilib. Ümumilikdə isə son 6 ayda yarımstansiyalar üzrə 249 MVA güc artırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
11.11.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər YENİLƏNİB
11.11.2019
Prezident və Mehriban Əliyeva Xətaidə ağacəkmə aksiyasında YENİLƏNƏCƏK
11.11.2019
Oğuz rayonunda 15 bələdiyyəyə 137 üzv seçiləcək
11.11.2019
Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 Prezidentdən Bayraq Günü paylaşımı - Video
5 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info