Xəyal Əhmədov almaniyalı rəqibinə aman vermədi
Tarix: 27.03.2019 | Saat: 11:28:00 | E-mail | Çapa göndər


"Tank" dünya kəmərini qazandı

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə parlaq qələbə qazanaraq dünya kəmərinə (WFMC) sahib olub. MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə X.Əhmədov almaniyalı kikboksçu, məşhur "Nubia Sports" klubunun yetirməsi Kevin Herşlagla (Kevin Heerschlag) rinqə çıxıb. Azərbaycanı təmsil edən "Tank" ləqəbli Kikboksçumuz 5 raundluq döyüşdə rəqibi üzərində inamlı qələbə qazanaraq Azərbaycan bayrağını başı üzərinə qaldırıb. Dünya şöhrətli idmançımız ötən il keçirilmiş turnirdə də məhz almaniyalı kikboksçu üzərində qələbə qazanmışdı. Qeyd edək ki, X.Əhmədov dünya miqyaslı yarışlarda Azərbaycanı layiqincə təmsil etdiyinə və parlaq qələbələr qazandığına görə Prezident İlham Əliyev tərəfindən fəxri fərmanla təltif olunub




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Mourinyo “Tottenhem“də
20.11.2019
“Tottenhem” baş məşqçisi Maurissio Paçetinonu istefaya göndərib
20.11.2019
Avro-2020-ni 1 xalla başa vurduq
20.11.2019
Qrizmann PSJ-yə keçmək istəyir
19.11.2019
Alpaqut üzrə dünya çempionatına hazırlıq məsələləri müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info