İstanbulda “Çat Kapı Aşk” filminin qala-gecəsi keçirilib
Tarix: 27.03.2019 | Saat: 11:29:00 | E-mail | Çapa göndər


Türkiyənin İstanbul şəhərində yerləşən “Kanyon” Ticarət Mərkəzinin kinoteatrında “Çat Kapı Aşk” romantik filminin qala-gecəsi baş tutub. Qala gecədə Türkiyənin məşhur aktyorları Jess Molho və ilk rolunu alan oğlu Tibet, Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov ailəsi ilə və yaradıcı heyətin üzvləri iştirak ediblər. Tədbirə həm də Nebahat Çehre, Bülent Serttaş, Burcu Binici, Mustafa Topaloğlu, Yunus Günçe kimi tanınmış simalar da qatılıb. Qeyd edək ki, “Çat Kapı Aşk” filmi Azərbaycanda fəaliyyət göstərən “Cinemazadeh” studiyasının istehsalıdır və xaricdə çıxan ilk filmidir. Filmin rejissoru Erhan Baytimur, baş prodüser Cəfər Axundzadə. Ekran işinin bəstəkarı Rüstəm Zeynallıya, musiqi tərtibatı isə Aynur Axundzadəyə məxsusdur. Ssenari müəllifləri Deniz Güney və Nesrin Zamur, operator Ömer Yılmaz, icraçı direktor Tural Əsədov, icraçı prodüser Emil Davudzadə, montaj rejissoru Vügar Islamzadə və Rüfət Kərimzadə, səs rejissoru Orxan Ağalarov, art direktor Pərviz Babayevdir. Rollarda Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov və başqaları çəkiliblər. Qısa məlumat: Bir gün həyatının sevgisi ilə qovuşacağına inanan gənc heykəltəraş qız Su (Müge Boz), onunla bir binada yaşayan, daima özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arasla (Jess Molho) rastlaşır və ona aşiq olur. Arasla Sunun arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Aras problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Həmin binada guya ki, qapıçı işləyən, əslən azərbaycanlı Nəriman isə (Elməddin Cəfərov) tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb
11.11.2019
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11.11.2019
Bakıda rusiyalı şairənin imza günü keçirilib
11.11.2019
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
10.11.2019
Lənkəran Dövlət Dram Teatrı Lerikdə qastrolda olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info