Bakı Ali Neft Məktəbi 4-cü SOCAR Beynəlxalq Forumuna ev sahibliyi edəcək
Tarix: 27.03.2019 | Saat: 11:40:00 | E-mail | Çapa göndər


Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə 4-cü SOCAR Beynəlxalq “DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: Neft Emalı, Neft-kimya, Ticarət, Logistika” Forumu keçiriləcək. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunan SOCAR-ın Beynəlxalq Forumu 22-25 aprel 2019-cu il tarixlərində təşkil ediləcək.
Regionunun neft təqvimində ən mühüm hadisələrdən olan SOCAR Beynəlxalq Forumunun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Forum həmçinin neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.
Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyəti və struktur bölümlərinin rəhbərləri və bir çox ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələrinin iştirakı gözlənilir.
SOCAR-ın IV Forumunun təşkilatçıları tərəfindən iştirakçılar üçün unikal və zəngin texniki səfər proqramı da hazırlanmışdır. Belə ki, iştirakçılar ilk dəfə olaraq, 2018-ci ildə istismara verilən SOCAR-ın Karbamid Zavoduna, Sumqayıtda yerləşən SOCAR Polimer-ə, həmçinin Səngəçal terminalına səfər edəcəklər. Qeyd edək ki, hər il Forumda böyük neft-qaz şirkətləri, neft emalı zavodları, ticarət şirkətləri, limanlar, terminallar, banklar və analitik agentliklərdən 300-dən çox rəhbər işçi və aparıcı mütəxəssislər iştirak edir. Yalnız ötən il Forumda iştirak üçün dünyanın 30-yaxın ölkəsinin neft-qaz sektorunun aparıcı müəssisələrinin rəhbər nümayəndələrindən ibarət 230-a yaxın iştirakçı qatılmışdı. Xatırladaq ki, Forumda iştirak üçün qeydiyyat http://socarforum.com saytında həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Esse müsabiqəsi: “Qarabağ Azərbaycandır!”
11.11.2019
AMEA-nın Dendrologiya İnstitutunun cari ildəki fəaliyyəti müsbət qiymətləndirilib
08.11.2019
Çin 6G texnologiyası üzrə tədqiqatlara başlayıb
08.11.2019
Elm Tarixi İnstitutunun direktoru Sankt-Peterburqda beynəlxalq elmi konfransda iştirak edib
08.11.2019
Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 Prezidentdən Bayraq Günü paylaşımı - Video
5 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info