“Diqlas” ticarət mərkəzinin binasında baş vermiş yanğın tam söndürülüb
Tarix: 27.03.2019 | Saat: 12:20:00 | E-mail | Çapa göndər


Paytaxtın Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzinin binasında baş vermiş yanğın tam söndürülüb. Hazırda müvafiq tədbirlər görülərək binanın aidiyyəti qurumlara təhvil verilməsi və digər məsələlərlə bağlı işlər görülür. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib. O bildirib ki, FHN-in və digər aidiyyəti qurumların əməkdaşları hazırda hadisə yerindədirlər. Ərazidə mühafizə tədbirləri davam etdirilir. Soyutma işləri başa çatdırılıb. “Hadisə zamanı operativ və peşəkar müdaxilə nəticəsində yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Ticarət mərkəzində olan xüsusi boya maddələrinin partlama təhlükəsi var idi. Onların qarşısı peşəkarlıqla alındı. İnsan həyatı üçün təhlükə ilə bağlı məsələlərə ciddi diqqət yetirildi. Hadisə FHN-in rəhbərliyi tərəfindən ciddi nəzarətə götürülüb. Artıq heç bir təhlükə qalmayıb. Bundan sonra da müvafiq tədbirlər görüləcək”, - deyə Yəhya Babanlı qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11.11.2019
Türkiyə Boloviyada baş verənlərdən rahatlığını dilə gətirdi
11.11.2019
Parlament Jurnalistlər Birliyi cəbhə bölgəsində bayraq aksiyası təşkil edib
11.11.2019
Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçiriləcək
11.11.2019
Radikal müxalifətin yad ölkələrin təcrübəsinə sığınmaq cəhdləri təlxəklikdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info