Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının hərbi qulluqçularının bir qrupu təltif edilib
Tarix: 27.03.2019 | Saat: 12:48:00 | E-mail | Çapa göndər


Martın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə fərqləndiklərinə görə bir qrup şəxsin təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanova general-leytenant ali hərbi rütbəsi verilib. Digər Sərəncamla isə Dövlət Təhlükəsizliyi Xidmətinin bir hərbi qulluqçusuna general-leytenant, üç nəfərə isə general-mayor ali hərbi rütbələri verilib. Azərbaycan Prezidentinin başqa bir Sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin 6 nəfər hərbi qulluqçusu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 8 nəfər “Vətən uğrunda”, 8 nəfər “İgidliyə görə”, 12 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Bundan başqa, Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və musiqi təhsilinin inkişafında xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin bir müəlliminə “Əməkdar müəllim” fəxri adı verilib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
“Uşaqların fiziki və emosional zorakılığa məruz qalmaları məhz ailədə olur”
21.11.2019
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21.11.2019
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21.11.2019
Yeni Açıq Hökumət Fəaliyyət Planı müzakirə olunub
21.11.2019
“Gender bərabərliyi və media“ vəsaiti “Palitra” kollektivinə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info