Qaradağ Rayon İcra Hakimiyyətində müşavirə keçirilib
Tarix: 27.03.2019 | Saat: 13:22:00 | E-mail | Çapa göndər


27 mart 2018-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə rayonda məişət tullantılarının yığılması və daşınmasının təkmilləşdirilməsi üzrə müşavirə keçirilib. Müşavirədə rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, qəsəbə inzibati dairələr üzrə başçının nümayəndələri, qəsəbə bələdiyyə sədrləri, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi aparatının, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Sanitar Kommunal İstismar İdarəsinin, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Mənzil İstismar Sahələrinin rəhbərləri iştirak edirdilər. Müşavirədə rayon ərazisində məişət tullantılarının yığılması və daşınmasının vəziyyəti müzakirə edildi. İşində buraxdığı ciddi nöqsanlarla bağlı Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov tutduğu vəzifədən azad olunmuşdur. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” qəbul edildiyini bildirərək, rayonun texniki potensialından səmərəli istifadə olunaraq, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçiriləcək məqsədyönlü tədbirlər nəticəsində insanların sağlamlığının təmin edilməsi üçün rayonda kommunal xidmətlərin yaxşılaşdırılmasına, xüsusən bərk məişət tullantılarının idarə edilməsi sistemində olan ciddi nöqsanların aradan qaldırılması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işinin yenidən qurulmasına dair öz tapşırıqlarını verdi. Bundan əlavə rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov rayon əhalisi arasında bərk məişət tullantılarının idarə edilməsi sahəsinə maarifləndirmə işinin gücləndirilməsi işlərinin aparılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin məqsədə uyğun olduğunu vurğuladı.

Anar




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Kəlbəcərdə erməni keşişlərlə mübahisə – VİDEO
04.12.2020
Kəlbəcərin Yanşaq kəndinin görüntüləri - VİDEO
04.12.2020
Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi
04.12.2020
Frans-24 telekanalının Ağdamdan yeni reportajı - VIDEO
03.12.2020
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info