Avtobusu sərxoş vəziyyətdə idarə edən sürücü saxlanılıb
Tarix: 27.03.2019 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


Martın 27-də səhər saatlarında paytaxtın Səməd Vurğun küçəsində 90-VX-692 dövlət nömrə nişanlı, 83 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünə kobud qayda pozuntusuna yol verdiyi üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) Alayının 10-cu tağımının əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sürücü yol polislərinə tabe olmayaraq hərəkətini davam etdirib, hətta hərəkət etdiyi marşrut xəttindən belə çıxaraq davamlı qayda pozuntuları törədib. YPX əməkdaşları avtobus sürücüsünü Hənifə Ələsgərov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində saxlatmağa nail olublar. Sürücünün yol hərəkətini qaydalarını pozması “Təhlükəsiz şəhər” Avtomatlaşdirilmiş İdarəetmə Mərkəzinin kameraları vasitəsilə də lentə alınıb. Avtobusun sürücüsü Təbin Hətəmovun hərəkətləri şübhə doğurduğu üçün o, polislər tərəfindən tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı sürücünün sərnişin avtobusunu sərxoş vəziyyətdə idarə etdiyi məlum olub.

Qeyd edək ki, avtobus saxlanılan zaman nəqliyyat vasitəsində olan sərnişinlər əvvəlcə yol polislərinə etiraz ediblər. Amma sürücünün sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olandan sonra sərnişinlər onların həyatını real təhlükə yaradan sürücünü hərəkətdən kənarlaşdırdıqları üçün polislərə minnətdarlıqlarını bildiriblər. Sürücü izahatında spirtli içki qəbul etdiyini etiraf edib.
Araşdırma zamanı həmçinin avtobus sürücüsünün nəqliyyat vasitəsini gecə saatlarında qarajda yox, yaşadığı evin yaxınlığında saxladığı və səhər tezdən tibbi müayinədən keçmədən işə çıxdığı məlum olub. Qeyd edək ki, sərnişin avtobusunun sürücüsü T.Hətəmov barəsində toplanan material qərar verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
27.11.2020
Fransa qondarma “Dağlıq Qarabağ respublikasını“ tanımır - XİN
26.11.2020
Azərbaycanla Ermənistanın Kəlbəcərdəki sərhədinə müvəqqəti qapılar qoyulub
26.11.2020
“Euronews“ erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırlayıb
26.11.2020
Azərbaycan Fransaya nota verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info