“ABC Tədris və İnkişaf mərkəzi“ bir yaşını qeyd edib
Tarix: 27.03.2019 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Azərbaycanda uğurlu fəaliyyət göstərən özəl tədris mərkəzlərindən olan "ABC Tədris və İnkişaf mərkəzi"nin yaranmasının bir ili tamam olur. Bununla bağlı “New Baku Hotel”də tədbir təşkil edilib. Dövlət himinin səsləndirilməsi ilə başlanan tədbirin açılışında ilk olaraq tədris mərkəzinin bir illik fəaliyyəti haqqında videoçarx göstərilib. Daha sonra "ABC Tədris və İnkişaf mərkəzi"nin rəhbəri Leyla Həsənova çıxış edərək bir il ərzində görülən işlərdən, mərkəzin həyata keçirdiyi layihələrdən, təşkil edilən tədbirlər və uğurlardan söz açıb. O qeyd edib ki, 30-40 arası uşaq və məktəblilərə xidmət göstərməklə fəaliyyətə başlayan "ABC Tədris və İnkişaf mərkəzi" hazırda 151 nəfərə xidmət göstərir. Mərkəzin göstərdiyi xidmətlər haqqında da söz açan natiq müxtəlif dil kursları, məktəbəqədər hazırlıqdan tutmuş ondan çox digər xidmətlərlə valideyn və uşaqlar üçün qapılarının daim açıq olduğunu vurğuladı: “Bizim mərkəz bir il ərzində kifayət qədər aktiv fəaliyyət göstərdi, valideynlərin inam və etibarını qazanmağı bacardıq. Tədris mərkəzlərinin xeyli çoxaldığı bir dönəmdə sağlam rəqabətlə irəli doğru addımlamağımızdan və demək olar ki, qüsursuz fəaliyyətimizdən qürur duyuram, müəllim heyatimizə, ümumilikdə kollektivimizə təşəkkürmü bildirirəm ki, qısa zamanda birgə bu çətin işin öhdəsindən gələ bildik!”.
Daha sonra mərkəzin fəaliyyətinə verdiyi dəstəyə və uğurlu əməkdaşlığa görə bir sıra mətbu orqanlarının əməkdaşları, ziyalılar və ayrı-ayrı təşkilatların nümayəndələri mükafatlandırılıblar. Tədbirdə həmçinin mərkəzin uşaqlar arasında keçirdiyi rəsm müsabiqəsinin nəticələri ilə bağlı mükafatlandırma mərasimi olub. Sonda tədbir bədii hissə ilə davam etdirilib.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
İtalyandilli portalda Heydər Əliyev Beynəlxalq Aeroportunun binasından bəhs olunub
08.12.2019
Kinoloji Mərkəz xidməti itlərin sayını artıracaq
07.12.2019
Xəzər suyunun temperaturunun yüksəlməsinin davam etməsi fəsadlar yarada bilər
06.12.2019
Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib
06.12.2019
”Vikipediya”da tanınmış qadın şəxsiyyətlərimiz haqqında onlarla məqalə yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info