Azərbaycan startapı beynəlxalq startap müsabiqəsinin qaliblərindən oldu
Tarix: 27.03.2019 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


22-23 mart 2019-cu il tarixində Türkiyənin Bursa şəhərində “Capital” və “Economist” jurnallarının təşkilatçılığı ilə Uludağ İqtisadi Zirvəsinin 8-ci toplantısı və bu tədbir çərçivəsində “Stars of Region” adlı qlobal startap müsabiqəsi keçirilib.
Türkiyənin ən önəmli biznes və iqtisadi tədbirlərindən olan Uludağ İqtisadi Zirvəsi 2012-ci ildən təşkil olunur. Tədbirdə hər il Türkiyə və dünyanın müxtəlif ölkələrindən olan dövlət qurumlarının, özəl sektorun nümayəndələri və investorlar iştirak edirlər. “Stars of Region” qlobal startap müsabiqəsinin şərtlərinə görə, final mərhələsinə (ilk 10-luq) keçən startaplar zirvə çərçivəsində öz məhsul və həlləri barədə investorlar qarşısında təqdimat etmək, ilk 3-lüyə daxil olan startaplar isə investisiya almaq imkanı əldə edirlər. Ölkəmizdə fəaliyyət göstərən startapların bu müsabiqədə iştirak etməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müvafiq iş aparılmış və 30-dan artıq startap layihəsi müsabiqədə iştirak üçün qeydiyyatdan keçmişdi.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun İnnovativ Biznes Proqramının iştirakçısı olan “Hotel Race” startapı beynəlxalq müsabiqəyə qatılan iki mindən artıq startap arasından seçilərək final mərhələsində öz məhsul və həlləri barədə investorlar qarşısında təqdimat edib. “Hotel Race” startapının əsas məqsədi informasiya texnologiyalarının tətbiqi ilə hotellər üçün innovativ idarəetmə həllərinin və digər analitik həllərin hazırlanmasıdır. Müsabiqənin münsiflər heyəti final mərhələsinə daxil olmuş startaplar arasından I, II və III yerlərin qaliblərini müəyyənləşdiriblər.
Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq “Tion” (Türkiyə), “Hotel Race” (Azərbaycan) və “Sonaris” (İsrail) layihələri layiq görülüb. Tədbirin yekununda qaliblərə təşkilatçılar və tərəfdaşlar tərəfindən pul mükafatları təqdim edilib. Həmçinin qalib startaplarla qlobal bazara çıxmaları üçün investisiya qoyuluşu barədə danışıqlara başlanılıb. Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi ilk dəfə olaraq beynəlxalq startap müsabiqəsinin münsiflər heyətində təmsil olunub. Belə ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov Uludağ İqtisadi Zirvəsi tədbirinin təşkilatçıları tərəfindən startap müsabiqəsinin münsifi seçilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var
20.11.2019
Azərbaycanda mobil operatorlar 776 milyon manatdan çox gəlir əldə edib
20.11.2019
“Azərsun Holdinq” “Qadın Sahibkarlara Yaşıl İşıq” forumuna dəstək verdi
20.11.2019
“Cabmin.gov.az”: Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
20.11.2019
Mikayıl Cabbarov: “Rusiya ilə ticarət dövriyyəsi 20 faiz artıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info