“Sondakika.com”: “Star” NEZ ildə 500 milyon dollarlıq məhsul ixrac edəcək”
Tarix: 27.03.2019 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


“Cari ilin qalan dövründə zavodda 7,5-8 milyon ton neft emal olunacaq”


Azərbaycanla Türkiyə arasında həyata keçirilən layihələrin sayı getdikcə artmaqdadır. Son vaxtlar reallaşan belə layihələrdən biri də “Star” Neft Emalı Zavodu ilə bağlıdır. Türkiyə mətbuatı davamlı olaraq “Star”NEZ-in fəaliyyəti və onun əhəmiyyəti ilə bağlı yazılar dərc edir. Bunlardan biri kimi “Sondakika.com” saytında dərc edilən “Star” NEZ ildə 500 milyon dollarlıq məhsul ixrac edəcək” başlıqlı yazıdır.
“Star” NEZ-in baş direktoru Mesut İlter bildirib ki, SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonundakı “Star” neft emalı zavodu (NEZ) ildə 500 milyon dollarlıq məhsul ixrac edəcək. O bildirib ki, hazırda NEZ-də bütün sınaq işləri yekunlaşıb və qısa müddətdə zavod tam gücü ilə işləyəcək: “Cari ilin qalan dövründə zavodda 7,5-8 milyon ton neft emal olunacaq. Gələn il isə NEZ tam gücü ilə, ildə 10 milyon ton neft emal edəcək. SOCAR-ın Türkiyədə inşasını planlaşdırdığı ikinci neft-kimya zavodu istismara verilənə qədər “Star” ildə təxminən 500 milyon dollarlıq neft-kimya məhsulu ixrac edəcək ki, bu da təxminən 700 min ton neft-kimya məhsulu deməkdir”.
M.İlter Türkiyənin maye yanacaq sektorundakı artım və idxal rəqəmlərinə gəldikdə hər zaman yeni neft emalına ehtiyacı olduğunu, mövcud yeni neft emalı investisiyalarının da neft-kimya inteqrasiyası ilə həyata keçirilməsinin çox vacib olduğunu vurğulayıb. Bildirilib ki, Türkiyənin illik 17 milyard dollarlıq neft-kimya idxalı var və Petkim ölkənin ümumilikdə neft-kimya istehlakının 20 faizini təmin edir. “Star” zavodu ötən ay ilk məhsulunu “Petkim PetroKimya Holding A.Ş.”yə satıb. Zavodda ildə 1,6 milyon ton nafta istehsal olunacaq. İlkin mərhələdə “Petkim”ə 1303 ton nafta satılıb. “Petkim”in naftaya olan tələbatını bütövlükdə “Star” NEZ ödəyəcək.
Qeyd edək ki, “Star” zavodunda ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qaz (LPG), neft koksu və kükürd istehsal ediləcək. Layihənin ümumi sərmayə qoyuluşu 6,3 milyard dollar təşkil edir ki, bunun 90 faizi artıq investisiya olunub. 2021-ci ilədək başa çatacaq investisiya ilə “Star”ın ümumi tutumu artırılacaq. Sonda investisiya ümumilikdə 7 milyard dollara çatacaq.
M.İlter bildirib ki, ötən il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” zavodunun açılış mərasimi olub. “Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft-qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.
SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 1300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb. Türkiyənin ilk neft-kimya müəssisəsi “Petkim”in xam maddə tələbatının demək olar ki, hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.06.2019
Vardan Bostançıyan: «Dövlət borclarının artması Ermənistan üçün son dərəcə təhlükəlidir»
08.06.2019
Ermənistan hakimiyyəti evləri uçan kəndlilərə vədlər verməkdədır
04.06.2019
“ArmenianReport”: “Paşinyan hakimiyyəti Kremli qane etmir”
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
14.05.2019
İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info