Azərbaycan kulinariyası Moskvada təqdim olunacaq
Tarix: 27.03.2019 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Martın 28-29-da Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Texnoqrad” İnnovasiya Təhsil Mərkəzində “Dünya xalqlarının mətbəxi. Azərbaycan kulinariyası” mövzusunda beynəlxalq forum keçiriləcək. Bu haqda Moskvada aktiv diaspor üzvü Səadət Qarayeva “Palitra”ya məlumat verib. Tədbir “Vkus Mira Rus” Kulinarlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutacaq. Forum çərçivəsində Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Tünzalə Məmmədzadənin iştirakı ilə ustad dərsləri keçiriləcək. Ustad dərslərinin iştirakçılarına Azərbaycan Milli Kulinariya Mərkəzinin sertifikatları təqdim ediləcək.
Həmçinin milli musiqimizdən ibarət konsert proqramı təşkil olunacaq. Konsertdə Rəna İbrahimovanın rəhbərliyi altında “Alagöz” ansamblının üzvləri də rəqs edəcəklər. Həmçinin məşhur müğənni İlona Yankovskaya “Mən Bakını sevirəm” mahnısını ifa edəcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Gənc Tamaşaçılar Teatrında “Şən Elf və cadugər”in premyerası olub
06.12.2019
Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib
06.12.2019
Akademik Musiqili Teatrda “Nəsimi”ni alqışlarla qarşılayıblar
06.12.2019
Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019
Bakıda “Viva Opera“ adlı qala konsert keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info