“Ticarət mərkəzləri öz təhlükəsizlik məsələlərinə bir daha nəzər yetirməlidir”
Tarix: 27.03.2019 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


“Dünən baş verən dəhşətli yanğın bir daha onu göstərir ki ticarət mərkəzləri öz təhlükəsizlik məsələlərinə bir daha nəzər yetirməlidir. Yanğın təhlükəsizliyinə dair texniki bazanın normalara uyğun olmasına, siqnalizasiya sisteminin, yanğın sensorlarının, yanğın dolablarının, yanğın hidrantların, yanğınsöndürən balonların, ehtiyyat çıxışın, təxliyyə planın və şərti işarələrin, yanğın su çəninin olması və daim işlək və saz vəziyyətdə saxlanılmasına nəzarət etməlidir”. Bu barədə təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib. O qeyd edib ki, dəfələrlə deyilməsinə baxmayaraq yenədə insanlar yol qırağında harda gəldi maşını park edir: “Bu da öz növbəsində belə fövqaladə hadisə zamanı yanğınsöndürən maşınların hadsiə yerinə girməsinə maneə olur. Hətta görürsən yolun qırağında olan su hidrantının qabağında saxlayıb maşını gedib. Söhbət insanların həyatından gedir, bu qədər məsuliyyətsizlik olmaz”. Ekspert bildirib ki, ticarət mərkəzlərinin rəhbərləri yanğın təhlükəsizliyi təlimatlarına əməl olunmasında maraqlı olmalıdır: “Mərkəzin tikintisindən tutmuş sonrakı təyinatına qədər bütün təhlükəsizlik tədbirləri nəzərə alınmalıdır. Bina fasadının asan yanan materiallardan olması, içəridə satılan mal-material, məişət cihazları, geyim, elektronika və tikinti materialları ani bir qığılcımda necə böyük yanğına səbəb ola bilər. Ona görə ticarət mərkəzi özü yanğın təhlükəsizliyi qaydalarına, binanın yanğın təhlükəsizliyinə dair standartlara cavab verməsinə əmin olmalıdır və orada olan icarədarlardan da yanğın təhlükəsizliyi qaydalarına ciddi riayyət edilməsini tələb etməlidir. Yəni mərkəzdə yeri icarədara müqavilə ilə verdim “daha mən onun yanğın təhlükəsizliyi qaydalarına əməl edib-etməməsinə qarışmıram” deməməlidir. Yeni tikilən ticarət məkanlarında bu qaydalara riayət olunduğu görünsə də, bəzilərində bunlara əməl olunmur. Ticarət mərkəzinin içərisində xüsusi ayrılmamış yerdə siqaret çəkəndən tutmuş , kustar üsulla düzəldilmiş elektrik və qaz cihazları ilə yemək-çay qızdıranlara rast gəlmək olar. Bu da öz növbəsində yanğın təhlükəsi yaradan amillərdir. Peşəkar şəxslərə etibar edib obyektin təhlükəsizliyini təmin etməklə baş verə biləcək faciələrdən qorunmaq olar.
Daha sonra ticarət mərkəzlərində işçilərdən ibarət yanğın qrupları fəaliyyət göstərməsi məqsədəuyğundur. Bu qruplar müvafiq dövlət qrumları tərəfindən xüsusi hazırlıq kursu keçmiş və fövqaladə vəziyyətdə davranış qaydalarını bilən şəxslər olur. Onlar fövqaladə vəziyətdə yanğın söndürmə və xilasetmə qrupu gələnə qədər vəziyyətə nəzarət edər və həm insanların təhlükəsiz təxliyyə edilməsinə həm də yanğının vəziyyətə uyğun söndürülməsinə kömək edər. Bu qrupun üzvlərinin motivasiya üçün digər eyni ştatlı işçilərdən maaşlarında az da olsa artım olur ki onlar da özlərində məsuliyyət hiss edirlər. Bilirlər ki, fövqəladə vəziyyətdə bunlar nə edəcəklər. Hesab edirəm ki, bu cür qrupların olması vacibdir.
Nəinki ticarət mərkəzlərində, heç şəhərin digər yerlərində olan, bazarlarda olan mağazaların da demək olar ki, çoxu mallarını sığortalamayıb. Bu da o deməkdir ki, belə gözlənilməz hadisələr zamanı insanlar böyük ziyan çəkirlər”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Ankarada Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsinin təqdimatı keçirilib
17.11.2019
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
16.11.2019
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16.11.2019
Vilayət Eyvazovdan Bakı polisində mühüm vəzifəyə yeni təyinat
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info