“İbrahimbəyovun namizədliyindən imtina edin”
Tarix: 25.07.2013 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Son vaxtlar “milli şura”da yaranan qalmaqallar və narazılıqlar artıq elə həddə çatıb ki, müxalifət düşərgəsindəki liderlər bir-birinə düşmən gözü ilə baxmağa başlayıb. Bu didişmələrə müxalifət düşərgəsində təmsil olunan və ayrı-ayrı partiyalarda sıravi üzv kimi fəaliyyət göstərən tanınmışlar da reaksiya verməyə başlayıblar. Onlardan biri də müxalifətin məşhur yazarlarından olan Mirzə Sakitdir. O, “milli şura”nı və müxalifəti istehza ilə tənqid edib. Mirzə Sakit sosial şəbəkələrdə yazdığı fikirlərində deyir:
“Haray bəri başdan... Bir Azərbaycan vətəndaşı kimi “milli şura”nın üzvlərindən xahiş edirəm. Nə qədər ki, gec deyil, Rüstəm İbrahimbəyovun namizədliyindən imtina edin. Niyəsini bilirsiniz axı. Bilmirsinizsə, 85 gündən sonra biləcəksiniz. Bu ağılla kommunizmə gedirik biz...”. Müxalifətin tanınmış simasının bu tənqidinə elə özünün təmsil olunduğu düşərgədən kəskin reaksiyalar gəldiyini görən Mirzə Sakit sonradan bu fikirləri dilə gətirib: “Rejissor və dramaturq Rüstəm İbrahimbəyov haqda bir söz yazdım. Yazdım ki, ona ümid bəsləməyin. Müxalifətçi dostlardan bəziləri belə şərhlər yazıblar:
"Mirzədə mirzəlikdən əsər-əlamət qalmayıb".
O birisi yazıb: "Mirzə bunu yazanda, yəqin, 7 butulka araq içibmiş". Lap o birisi yazıb: "Milli Şura yaranandan sonra Mirzənin iç üzü açıldı".
Lapın lapının o birisi yazıb: "Avropada oturub əmr verdiyinə görə Mirzəyə ayıb olsun". Lap-lapının lap-lapı yazıb: "Mirzə hakimiyyətin dəyirmanının su daşıyıcısıdır, yəni ki, vadavozu".
Görünən odur ki, müxalifət düşərgəsində yaranmış fikir ayrılığı və intriqalar artıq sıravi üzvlərə də sirayət edib. Bütün günü sosial şəbəkələrdə bir-birinə qarşı ağır ittihamlar səsləndirən ayrı-ayrı müxalifət partiyasının nümayəndələrinin özlərinin “milli şura” adı altında olan “birliyi”nin də uzun sürməyəcəyindən duyuq düşüblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”
11.02.2019
Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim
09.02.2019
Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info