“Bakcell” Novruz bayramını Azərbaycan xalqı ilə birgə keçirib
Tarix: 27.03.2019 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” Novruz bayramı münasibətilə ümumxalq şənliyinə qatılıb. Şirkət “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilmiş “Bahar Qalası” festivalının sponsoru olub. Mart ayının 20-dən 26-na kimi davam etmiş ənənəvi “Bahar Qalası” festivalında milli-tətbiqi sənət məhsulları, rəsm əsərləri, yerli sənətkarların hazırladıqları əl işləri, suvenirlərin satış-sərgisi nümayiş olunub. Festival çərçivəsində təşkil edilmiş konsert proqramı, tamaşaçılara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında rəqslər və nəğmələr təqdim edib, Azərbaycan estradasının ulduzlarının ifasında sevilən mahnılar səsləndirilib. Həmçinin, martın 23-də “Bahar Qalası” festivalının xüsusi qonağı olan Türkiyənin gənc estrada ulduzu AleynaTilki konsert proqramı ilə çıxış edib. Azərbaycan xalqına hər zaman yaxın olan “Bakcell” şirkəti ölkənin milli dəyərləri və mədəni sərvətlərinə bağlılığını bir daha nümayiş etdirərək “Bahar Qalası” festivalının sponsoru olub. Festival çərçivəsində İçərişəhərdə quraşdırılmış “Bakcell” stendinə gələn qonaqları və xüsusi olaraq uşaqları müxtəlif sürprizlər, əyləncələr və maraqlı hədiyyələr gözləyirdi. Həmçinin burada, qonaqlar “Bakcell”in məhsul və xidmətləri barədə məlumat əldə etmək və pulsuz mobil nömrə almaq imkanına malik olublar. Qeyd edək ki, İçərişəhərdə keçirilmiş festival və ümumxalq Novruz şənliyində minlərlə vətəndaş və ölkəmizin qonaqları iştirak edib.
https://youtu.be/OKhohwykxrA





 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
12.11.2019
“CinemaPlus”da möhtəşəm “Bayraq Günü”: VİDEO
12.11.2019
Mərdan Camalov Şirvanın icra başçısı vəzifəsindən azad edilib
12.11.2019
Masallıda masalılı jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
12.11.2019
Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirə günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Prezidentdən Bayraq Günü paylaşımı - Video
2 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub
5 AGAT-ın vitse-prezidenti təyin olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info