Paşinyan çarə tapa bilmir: Ermənistan böhran içindədir
Tarix: 27.03.2019 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Armavir vilayətinin sakinləri aksiya keçirir: “Vilayətin cəhənnəmdən fərqi yoxdur”

Bu gün Ermənistanın radikal islahatlara böyük ehtiyacı olsa da nə Paşinyan, nə də onun ətrafı bunları həyata keçirmək iqtidarında deyil. Buna görə də yeni hökumət xalq qarşısında öz nüfuzunu qorumaq üçün yalanlara baş vurmaqdadır. Məsələn, Ermənistanın Milli Statistika Xidməti bu ilin yanvar-fevral ayları üçün ölkənin tikinti sektorunda keçən ilin müvafiq dövrünə nisbətən 21,6 faiz artım olduğunu iddia edib. “Jamanak” nəşri isə yazır ki, Ermənistanda fəaliyyt göstərən tikinti şirkətlərinin rəhbərləri bunun ağ yalan olduğunu bildirirlər: “Tikinti şirkətlərinin rəhbərləri ölkədəki “məxməri inqilab”ın tikinti sektoru qarşısına sipər çəkdiyini, İrəvanın yeni merinin tikintiyə icazə verməmək üçün hər dəfə saxta bir dəlillə onların qarşısına çıxdığını bildirirlər”. Qeyd edək ki, son günlər Robert Koçaryanın məhkəməsinin Ermənistanın ictimai-siyasi gündəmində əsas məsələ kimi qabardılaraq sosial şəbəkələrdə yerləşdirilməsi bir çox nüanslardan xəbər verir. Burada yeni hökumətin məqsədi nədir? Təbii ki, məqsəd Paşinyan və onun kadrlarının fəaliyyətsiz dayanmadıqlarını nümayiş etdirməkdir. Məlumdur ki, bu gün Paşinyan hökuməti əslində sistemli bir böhran içindədir. Ölkədə baş verən “məxməri inqilab”dan sonra xalqın gözləntilərinin heç biri hələ ki, həyata keçməyib. İqtisadi və xarici siyasətdən təhsil, səhiyyə və mədəniyyətə qədər ictimai həyatın demək olar ki, bütün sahələri islahatlara ehtiyac duyur. Paşinyanın bütün cəhdlərinə, görüntü yaratmasına baxmayaraq, Ermənistan hələ də cinayətkar rejimin boyunduruğu altında yaşayan bir ölkə olaraq qalmaqdadır. Bu oliqarxlar hələ də cəmiyyətə təsir göstərmək, onları idarə etmək iqtidarındadırlar. Təbii ki, belə şəraitdə yeni hakimiyyət orqanlarının iradəsizliyi, ölkədə hər hansı bir islahat həyata keçirmək iqtidarında olmadığı da başa düşüləndir. Bütün bunların fonunda Robert Koçaryanın mühakiməsi mövcud hökumətə həqiqi bir hədiyyədir. Belə ki, sabiq prezidentlə bağlı aparılan məhkəmə prosesi Paşinyan hökumətinə hələ də mövcud olmayan islahatın arxa plana keçirilməsinə imkan verir. Qeyd edək ki, Ermənistanın Armavir vilayətinin sakinləri bir aya yaxındır keçirdikləri etiraz aksiyasını Yerevanda davam etdiriblər. Narazı vətəndaşlar çıxış yolunu etirazların miqyasını genişləndirməkdə görüblər. Aksiya iştirakçıları uşaqlarını vaqonlara bağlayıb və bununla da dəmir yolunun fəaliyyətini iflic vəziyyətə salıblar. Sakinlər bildirirlər ki, onların yaşadıqları vilayətdə özbaşınalıq hökm sürür. Bu vilayətin cəhənnəmdən fərqi yoxdur. İşsizlik hökm sürür, kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit torpaq yoxdur. Vilayətə aid kəndlərin icra nümayəndələri torpaqları mənimsəyiblər. Bundan başqa, əvvəllər fəaliyyət göstərən şüşə zavodu fəaliyyətini dayandırıb. Vilayətin sakinləri ağır sosial böhranla üz-üzə qaldıqlarını qeyd edirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
“Qolos Armenii”: “Paşinyan hökuməti cəmiyyətdə ictimai harmoniyanı pozur”
10.12.2019
Yuri Lujkov vəfat edib
10.12.2019
Araratyana görə, Paşinyan artıq meymunluq etməyə başlayıb...
10.12.2019
“Norman Dördlüyü”nün Ukrayna ilə bağlı müzakirələri başa çatıb
09.12.2019
“Ermənistanda 700-ə yaxın malın qiyməti artacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Avropada işsizlər ordusu yaranır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info