AXCP-nin erməni sevdası yenə özünü göstərdi
Tarix: 27.03.2019 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Son vaxtlar müxalifət nümayəndələri sosial şəbəkələrdə daha çox anormal fəaliyyətləri ilə diqqət çəkməyə başlayıblar. Bu işdə isə ən çox fərqlənən Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) fəalları, konkret olaraq partiya sədri Əli Kərimli, “milli şura”nın aktiv üzvləri, xaricdə yaşayan “iaşə müxalifətinin” nümayəndələri daha çox fərqlənirlər. Kimisi öz müxalifətçi yoldaşının bostanına daş atır, kimisi xaricdən aldığı qrantı yumaq üçün yalandan qadın hüquqlarının müdafiəsi adı altında aksiya təşkil edib sosial şəbəkələrdə bunu aktiv şəkildə təbliğ edir. Ya da ki, bir qrup müxalifət fəalı tənqid etməyə mövzu qalmadığını görüb yalan, saxta məlumatlar paylaşır, hansısa deputat və ya siyasət adamının demədiyi fikirlərdən kollaj düzəldib insanlarda dövlət nümayəndələri, hakimiyyətə qarşı nifrət oyatmağa çalışır. Sadalasaq anormal fəaliyyətlərin sayı hesabı yoxdur. Amma bir müxalifət nümayəndəsi, başbiləni də çıxıb ortaya konsepsiya qoymur ki, xalq arasında öz savadı, biliyi, əsl əqidə və siyasətçiyə xas fəaliyyətinə görə nüfuz qazansın. Təxribata çağırış, şər, böhtan yalan və uydurma dolu məlumatlarla ictimai fikrə mənfi yöndən təsir göstərməyi əsas siyasi xətt seçən müxalifət nümayəndələrinin təəssüf doğuran və bütün xalq tərəfindən qınanılan bir anormal “xroniki xəstəliyi” də var ki, bu da erməniərəstlikdir... Hazırda bizimlə düşmən mövqedə olan bir ölkənin, xalqın maraqlarına xidmət edən fəaliyyət, fikri və bəyanatlar səsləndirmək müxalifət adına nə dərəcədə doğrudur axı. Ya da ki, guya ki, düşmən ölkədə hər şeyin əla, bizdə isə pis olması haqqında görüntü yaradan paylaşımlar etmək o qədər anormal bir fəaliyyətdir ki, bu cür addımı heç düşmən ölkənin müxalifəti atmaz...
Məsəl üçün AXCP Gənclər Komitəsinin adına cəbhəçi gənclərin “Facebook”da yaratdıqları səhifədə bir neçə dəfə Ermənistanın “çiçəklənməsi”ni göstərən paylaşımlar ediblər. Ən çox simpatyaları olduğu Nikol Paşinyan haqqında olan paylaşımlar isə xüsusi başlıqlarla paylaşılır. Paşinyan az aşın duzu deyil deyə, publikaya hesablanmış fotolar statuslar paylaşır. Bunu da əldə bayraq edən cəbhəçilər ona olan rəğbətini göstərmək üçün həmin paylaşımları öz səhifələrində yayımlayırlar. Ən son belə misal Paşinyanın guya küçə süpürməsi ilə bağlı olan fotosudur... Ümumiyyətlə Paşinyanı “demokrat” kimi təqdim edib guya daim xalqın içində olub problemlərini həll edən bir siyasətçi kimi Azərbaycan xalqına sırımaq nəyə hesablanıb? Doğrudanmı bu adamlar anlamırlar ki, bütün bunlar görüntü naminə Ermənistanın öz ictimaiyyət üçün atılan addımlardır? Bunu Azərbaycanda bəh-bəhlə paylaşıb demək ki, “baxın bu əsl siyasətçidir” düşməninə olan sevgini, rəğbətini göstərmirmi? Dəfələrlə olub ki, müxalifət düşərgəsindən Ermənistan, erməni lobbisinin maraqlarına xidmət edən addımlar atılıb. Hətta xaricdə yaşayan mühacir dəstənin aktiv üzvlərindən olan Orduxan Temrixanın məşhur ermənipərəst fikirləri -“Ermənilər bizim tarixi abidələri, qəbirlərimizi dağıtmayıblar” deməsi də unudulmayıb. Hətta ötən illərdə yaşanmış başqa bir qalmaqal - Emin Millinin “Meydan” TV-sinə erməni jurnalistin işçi axtarması da bu qarşılıqlı “sevginin” hansı formada olmasını göstərirdi. Qısası, bu gün AXCP Gənclər Komitəsinin Paşinyana olan sevgi və rəğbətini göstərən paylaşım etməsi nə birinci hal idi, nə də ki sonuncu olacaq. Müxalifətin fəaliyyəti daim Azərbaycanı 90-cı ilin əvvəllərində olduğu kimi yenidən xaosa, anarxiyaya sürükləməkdir və bu da ermənilərin istək və maraqları ilə üst-üstə düşür. Bu mənada iki maraqlarında ortaq cəhət olan qüvvənin bir-birinə rəğbət göstərməsini başa düşmək olar... Amma müxalifəti bu anormal fəaliyyət, anormal əqidəyə görə bağışlamaq olmaz!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Geosiyasi iflas: təzyiqlər altında çapalayan Ermənistan
14.11.2019
Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14.11.2019
Almaniyadan 12 Azərbaycan vətəndaşı deportasiya edilib
14.11.2019
XİN azərbaycanlı müxalifətçilərin Almaniyada həbs olunmasına münasibət bildirib
14.11.2019
Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində I plenar iclas keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info