“Milli şura”nı boykot edən müxaliflərin sayı durmadan artır
Tarix: 26.07.2013 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Mövsüm Səmədov: “Azərbaycan İslam Partiyasının “milli şura”da
iştirakı mümkünsüzdür”


Əli Əliyev: “Siyasi partiyalar hansısa dövlətin Azərbaycana qarşı
layihəsində yer almamalıdır”


Azərbaycan maraqlarını satan və xarici qüvvələrin əlaltısına çevrilməyə həvəslə razı olan “milli şura” adlı müxalif quruma qarşı müxalifətin öz daxilində narazılıqlar və etimadsızlıq artır. Ona görə də əvvəllər “milli şura”da fərdi şəkildə də olsa, təmsil olunmağa qərar vermiş şəxslər indi həmin qurumu tərk edirlər.

Bəzi siyasi partiyalar Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun “milli şura” üzvlüyündən imtina etməsi və partiyanın seçkilərdə iştirakı ilə bağlı qərarını müsbət qarşılayıb. Bu barədə partiya sədrləri AİP-in qərargahında keçirilən tədbirdə öz mövqelərini bəyan ediblər. VİP sədri Əli Əliyev bildirib ki, “milli şura” Rusiyanın layihələrindən biridir və İslam Partiyasının da bu layihədə yer alması yolverilməz olardı: “Əgər partiya sədrinin “milli şura” ilə bağlı açıqlaması olmasaydı, mən bu tədbirdə iştirak etməyəcəkdim. Amma sizin partiyanın “milli şura”dan çıxması təqdirəlayiq haldır. Çünki özündə islami dəyərləri birləşdirən bir partiya hansısa dövlətin Azərbaycana qarşı layihəsində yer almamalıdır”. ADP sədri Sərdar Cəlaloğlu “milli şura”nın demokratik dəyərlərlə formalaşmadığını vurğulayıb. Onun sözlərinə görə, İslam Partiyasının bəzi üzvlərinin “milli şura”da təmsil olunması İslam Partiyasının “milli şura”nı dəstəkləməsi kimi qəbul edilə bilməz: “Bu baxımdan partiya sədri Mövsüm Səmədovun bəyanatı və seçkilərdə iştirak niyyəti bütün bunlara aydınlıq gətirdi”. Yaşıllar Partiyasının sədri Mayis Güləliyev qeyd edib ki, “Yaşıllar” və digər siyasi partiyalar həmişə İslam Partiyasının yanında olub: “Təəssüf ki, sizin tərəfdaş olduğunuz “milli şura”ya daxil olan partiyalardan isə heç kim sizin bugünkü tədbirinizə qatılmayıb. Azərbaycanda özünü ciddi və ya aparıcı siyasi qurumlar adlandıranlar əslində cəmiyyətə birbaşa aidiyyəti olan problemlərə heç bir reaksiya vermirlər. Belə olan halda, yəni həqiqəti müdafiə etməməklə cəmiyyətdə demokratiya bərpa etmək olmaz”.Qeyd edək ki, AİP sədri Mövsüm Səmədov partiyasının “milli şura”da iştirakın mümkünsüzlüyü və partiya tərəfindən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verdiyini bəyan edib.
Onu da qeyd edək ki, Azərbaycan İslam Partiyası prezident seçkilərinə öz namizədi ilə qatılacaq. Bu barədə partiyanın sədr müavini Akif Heydərli deyib. Onun sözlərinə görə, AİP prezident seçkilərində iştirak etmək barədə qərar qəbul edib və artıq seçki qərargahının formalaşdırılmasına başlanılıb: “Bizim Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovla martın 20-də 11 saylı cəzaçəkmə müəssisəsində 4 saatlıq görüşümüz olub. Görüşdə aparılan müzakirələrin nəticəsi olaraq, biz onun namizədliyini irəli sürmüşük. Partiya sədrinin seçkidə iştirakı mümkün olarsa, onun namizədliyi qeydə alınarsa, biz seçkilərə öz namizədimizlə qatılacağıq. Yaxın günlərdə partiyanın platforması elan olunacaq və seçki qərargahımız müəyyənləşəcək”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Milli Məclisdə Kanada parlamentarisinin Dağlıq Qarabağa qanunsuz səfəri pislənildi
02.06.2020
Kevin Hern Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info