“Azərbaycanla əlaqəli bütün tədbirlərdə soydaşlarımızla bir araya gəlirik”
Tarix: 28.03.2019 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Azad Rəhimov: “Almaniyada və başqa dövlətlərdə siyasi partiyalarla görüşüb müxtəlif tədbirlər keçiririk”

Son zamanlar diaspor hərəkatındakı yeniliklər Almaniyada da özünü büruzə verir. Bu fəaliyyətə Azərbaycan-Alman Dostluq və Mədəniyyət Cəmiyyəti də bacardığı qədər öz töhfəsini verir. Birliyin sədri Azad Rəhimov “Palitra”ya müsahibəsində diaspor hərəkatında atacaqları addımlardan danışıb. Qeyd edək ki, Azad Vilayət oğlu Rəhimov 1969-cu ilin 20 aprelində NMR-nın Babək rayonunun Tumbul kəndində anadan olub. 1976-86-cı illərdə orta məktəb təhsili alıb. Daha sonra hərbi təhsil almaq üçün Rusiyanın Kurqan şəhərinə yola düşüb. Öncə Sovetlər ordusunda, sonra 1991-ci ildən könüllü olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. 1998-ci ildən Almaniyada yaşayır. İlk günlərdən başlayaraq diasporumuz üçün aktiv fəaliyyət göstərməyə başlayıb. 2003-cü ildən Azərbaycan-Alman Dostluq və Mədəniyyət Cəmiyyətinin sədridir. 2019-cu ilin yanvar ayından isə yeni yaradılan Vətən Nəminə Hərəkatının sədridir. Evlidir, 5 övladı var.

- Vətən Naminə Diaspor Hərəkatının məqsədi nədir?

- Vətən Naminə Hərəkatının idarə heyətində müxtəlif türk dövlətlərinin nümayəndələri var. Vətən Nəminə Hərəkatının yaranma səbəbi bütün türk dünyası ilə bərabər çalışaraq səsimizi dünyaya ictimaiyyətinə çatdırmaqdır.

- Son zamanlar diaspor hərəkatındakı yeniliyə siz nə kimi töhfə verirsiz?

- Azərbaycan həqiqətlərini, eləcə də tariximizi, mədəniyyətimizi dünya ictimaiyyətinə çatdırmaq hər bir Vətən övladının borcudur.

- Azərbaycan-Almaniya mədəni əlaqələrinin inkişafı üçün nə kimi işlər görürsüz?

- Yaranma tariximizdən 20 Yanvar, Xocalı soyqırımı kimi faciələrimizi bəyanat əsasında dünyaya ictimaiyyətinə çatdırmağa çalışmışıq. “Facebook” qrupumuzda Azərbaycanın və türk dünyasının tarixini dünya ictimaiyyətinə çatdırırıq.
Almaniyada və başqa dövlətlərdə siyasi partiyalarla görüşüb müxtəlif tədbirlər keçiririk. Təşkilatımızın Almaniya, Türkiyə, Azərbaycan, Polşa, Rusiya kimi dövlətlərdə nümayəndəlikləri fəaliyyət göstərməkdədir.

- Siz uzun müddətdir ki, Almaniyada yaşayırsız. Oradakı soydaşlarımızın sosial və hüquqi problemlərinin həllinə nə dərəcədə kömək ola bilirsiz?

- Almaniyada yaşayan soydaşlarımızın problemləri ilə maraqlanır və yaxından köməklik etməyə çalışırıq. Azərbaycanla əlaqəli bütün tədbirlərdə soydaşlarımızla bir araya gəlirik.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Gələcəkdə yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də nəzərdə tutulur”
17.09.2019
Samir Mustafayev: “İdmanla daha çox məşğul olduqca, ürəkdə olan kiçik kapilyarlar daha yaxşı inkişaf edir”
17.09.2019
Əhalisi 1 milyon olan şəhərdə ən azı 2 insult mərkəzi qurulmalıdır
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək
13.09.2019
Prezident təqaüdçüsü Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info