BDU-da soyqırımı qurbanları anılıb
Tarix: 28.03.2019 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib. BDU-nun rektoru Elçin Babayev mənfur qonşularımızın tarixin ayrı-ayrı vaxtlarında ən müxtəlif üsul və yollarla azərbaycanlılara qarşı həyata keçirdikləri məqsədyönlü soyqırımı siyasətindən danışıb. Rektor ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından, son 20 ildə ölkəmizin informasiya cəbhəsində öz sözünü inamla, sübut və faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmasından bəhs edib.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini bildirib. O, XX əsrdə bolşevik-daşnak cinayətkarlarının planlı şəkildə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı haqqında ətraflı məlumat verib, onu bəşər tarixinin ən qəddar cinayətlərindən biri adlandırıb.
Biologiya fakültəsinin tələbəsi Vəfa Mürsəlzadə bu qanlı cinayətin Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini diqqətə çatdırıb.
Tədbir BDU tələbələrinin soyqırımı gününə həsr etdikləri "Zəncirin son halqası" sürrealist üslubunda pantomima tamaşasının nümayişi ilə başa çatıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Təxirə salınan imtahanların və sənəd qəbulunun vaxtı barədə ictimaiyyətə məlumat veriləcək
06.04.2020
Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı
06.04.2020
Peşə təhsili üzrə teledərsin cədvəli açıqlanıb
05.04.2020
“Dərs vaxtı“nın 6 aprel cədvəli açıqlanıb
05.04.2020
AMEA xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyət göstərir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info