“Jurnalistlərin evlərinə köçmələri bir-iki ay çəkə bilər”
Tarix: 26.07.2013 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


“Jurnalistlərin onlar üçün inşa olunmuş yaşayış binasına köçmələri bir-iki ay çəkə bilər”.
Bunu “APA”ya açıqlamasında Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib. V. Səfərlinin sözlərinə görə, hazırda jurnalistlər üçün inşa olunmuş binanın təhvil-təslim sənədləri hazırlanır: “Bina istismara hazır olmalıdır və bizə ünvan verilməlidir. Ünvan olmalıdır ki, mənzillər, işıq, su və qaz sayğacları mənzil sahiblərinin adına keçirilsin. Bundan sonra mənzilləri jurnalistlərə təhvil verəcəyik. Sənədləri hazırlayıb Bakı Şəhər İcra Hakimiyyətinə vermişik. Sənədlər müəyyən təşkilatlarla razılaşma mərhələsindədir. Hazırda sənədləşmə işləri aparılır. İstismara qəbul aktı olmalıdır ki, binaya qaz, su, elektrik verilsin. Biz istəyirik ki, binada qaz olsun. Bundan başqa, orada xidmətimizi yaratmalıyıq. Bu işlər həll olunandan sonra biz özümüz jurnalistlərə xəbər verəcəyik”. V. Səfərli onu da qeyd edib ki, istəyən jurnalistlər binanın mühafizəsinə püşkdə çəkdikləri nömrəni göstərərək öz mənzilinə baxa bilər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info