Toyuq salatı
Tarix: 26.07.2013 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Salatın resepti
Tərkibi: 400 qram hisə verilmiş toyuq,100-150 qram qara gavalı,100 qram qoz ləpəsi, 2 ədəd kök,4 ədəd kartof, 4 ədəd yumurta,300 qram pendir,250 qram şampinyn göbələyi,duz, mayonez,1 x.q. bitki yağı,təzə xiyar,3 x.q. qoz ləpəsi,Salatı bəzəmək üçün cəfəri və mərcanı lazımdır.
Hazırlanma qaydası: Bişmiş yumurtaları sürtkəcin xırda gözündən keçirin. Kartof və kökü bişirib təmizləyin. Kökü sürtkəcin iri gözündən keçirin, kartofu isə xırda-xırda doğrayın. Tavaya bitki yağı töküb isidin. Sonra xırdalanmış şampinyonları yağda 7 dəqiqə ərzində bişirin. Üzərinə düz səpib soyumaq üçün kənara qoyun. Qara gavalını yuyub qurulayaraq xırda-xırda doğrayın. Pendiri sürtkəcin xırda gözündən keçirin.Hisə verilmiş toyuğu xırda tikələrə bölün. Qoz ləpəsini blenderdən keçirin. Daha sonra hazırladığınız ərzaqları salat qabına laylarla düzün:
1-ci lay: kök, duz, mayonez
2-ci lay: pendirin yarısı
3-cü lay: sürtkəcdən keçirilmiş yumurtanın yarısı (2 ədəd)
4-cü lay: kartofun yarısı, duz, mayonez
5-ci lay: qoz ləpəsinin yarısı
6-cı lay: qara gavalı
7-ci lay: hisə verilmiş toyuq, mayonez
8-ci lay: qızardılmış şampinyon
9-cu lay: qoz ləpəsi
10-cu lay: kartof, duz, mayonez
11-ci lay: 2 ədəd yumurta
12-ci lay: pendir
Salatın üzərinə nazik doğranılmış xiyar düzüb, qoz ləpəsi səpərək cəfəri yarpağı və mərcanı giləmeyvəsi ilə bəzəyin.
Salatı 4 saat ərzində soyuducuda saxlayın.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Pendir içlikli kotlet
13.06.2019
Toyuqla gül kələmi
07.06.2019
Adana kababı
02.06.2019
Yumurtalı pomidor dolması
24.05.2019
Adi kələmdən yay salatı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info