“Nə Rüstəm İbrahimbəyov, nə də Eldar Namazov milli dəyərlər carçısı deyil”
Tarix: 26.07.2013 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin əsas memarı olan Prezident İlham Əliyev bütün sahələrdə gəncləşmə siyasəti aparır. Bu səbəbdəndir ki, gənclərin böyük qismi ölkə başçısının siyasətini dəstəkləməklə yanaşı, onlara göstərilən qayğıdan məmnunluğunu da bildirir. Artıq ölkəmiz böyük bir inkişaf mərhələsini geridə qoyub. Bu inkişaf yolunda gənclərin üzərinə də daha çox məsuliyyət düşür. Təsadüfi deyil ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “XƏTDƏ” Sosial Şəbəkə Akademiyasının hesabat konfransında çıxışı zamanı gənclərin ictimai-siyasi proseslərdə əsas rol oynadığını vurğulayıb: "Gənclər öz əməli fəaliyyətləri ilə Azərbaycanın inkişafına töhfə verməklə yanaşı, həm də ölkənin fəal təbliğatçıları olmalıdırlar. Xarici aləmdə, xüsusən də sosial şəbəkələrdə daha fəal olmalı, öz sözlərini deməlidirlər. O xalqın mədəniyyəti, adət-ənənələri yaşayır ki, o, güclüdür, ona sahib çıxan gəncliyi var. Siz dünyada azərbaycançılığın ən yaxşı nümunəsi ola bilərsiniz. Azərbaycan dövləti həmişə sizinlədir, sizin arxanızdadır".
“Palitra”ya açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan dövlətinin həqiqətən də gənclərin arxasında olduğunu dedi. O, Prezidentin gənclərə göstərdiyi diqqət və qayğının YAP gəncləri tərəfindən yüksək qiymətləndirildiyini bildirdi: “Təbii ki, birmənalı olaraq biz ölkə başçısının gənclərə olan diqqət və qayğısından tam razıyıq. Bu qayğı əməli işlərlə isbat olunub. Cənab Prezident gənclər üçün bütün yolları açaraq, onlara hər sahədə münbit şərait yaradıb. Bütün sahələrdə əlverişli şərait qurulub ki, gənclər özlərinin irəli sürdüyü təşəbbüslərini həyata keçirə bilsinlər. Son illərdə bütün regionlarda xeyli sayda idman qurğuları və gənclər mərkəzləri inşa edilir. Bunlar liderimizin gənclərə diqqətinin əsas nümunələrindən sayılır. Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasəti dünyaya nümunədir. Xarici dövlətlər bizdən bu sahədə çox şey öyrənirlər”.
Seymur Orucov son zamanlarda gəncləri yalan vədlərlə ətrafına toplamağa çalışan müxalifət liderlərinin gülünc duruma düşdüyünü söylədi: “Müxalifət bir dəfə qarışıq vaxtlarda gəncləri aldatmağı bacardı. İndi isə, bu mümkün deyil. Gənclər “müxalifət lideri” adlandırılan insanların arxasınca hansı səbəbdən getməlidir? Onlarda liderlik vəsfi bir yana qalsın, vətəndaş mövqeyi belə, yoxdur. Bu şəxslərin heç özlərinə inamları da qalmayıb. Belə siyasətçilər hansısa gəncə necə güvən verə bilər axı? Sağlam gənclik Prezident İlham Əliyevi həmişə dəstəkləyib və onunla bir düşərgədə olub. Radikal düşərgənin yanında qalan, barmaqla sayılacaq qədər az olan gənclər də tezliklə bu şəxslərin ətraflarından dağılacaqlar”.
YAP Gənclər Birliyinin rəhbəri “milli şura”da toplaşan müxalifətçilərin özünə lider seçə bilməməsinə də toxundu: “Əslində onlarda lider də yoxdur ki, özlərinə kimisə lider tapıb seçələr. “Milli şura” həqiqətdə “antimilli şura”dır. Demokratiyadan, millilikdən danışırlar, amma özlərini xalqdan tam təcrid vəziyyətində saxlayırlar. Bu qurumun liderinin qeydiyyatdan keçməsi üçün hüquqi statusu da yoxdur. Birdə ki, orada liderliyə, namizədliyə layiq elə bir sima yoxdur axı... Eldar Namazov, yoxsa Rüstəm İbrahimbəyov milli dəyərlər carçısıdır? Bu şəxslərin heç biri milli dəyərlərə önəm verməyiblər. Sadəcə olaraq bu gün hamımız demokratik dövlətdə yaşayırıq deyə belə şəxslərə göz yumuruq. Mən “milli şura”nı ciddi qəbul etməmişəm və etmirəm də. Onların hər hansı bir bəyanatlarına rast gələndə, gülüb keçirəm. Bu siyasətçilər saxta, bir qrup “pensiyaçılar”dır. Öz güvənləri olmayan hansısa xarici qurumun əlaltıları olan müxalifət liderləri şübhəsiz ki, uğursuzluğa məhkumdurlar. Qısası partiyalarında olduğu kimi orada, “milli şura”da da saxtakarların yanında gəncin nə işi ola bilər axı? Bu səbəbdən onlar gənclərə də rəhbərlikdə yer vermirlər. Erməni sevdalısı Rüstəm İbrahimbəyovu kim dəstəkləyəcək ki?”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info