Alman pivəsinin təsiri
Tarix: 26.07.2013 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


“Milli şura”nın vahid namizədi olan Rüstəm İbrahimbəyov seçkilərə az müddət qalmış car çəkməyə başlayıb ki, Azərbaycanda demokratik seçkilər keçirilməyib. Onun bu açıqlamasının nə qədər cəfəngiyat olması isə hər kəsə bəllidir.
Yeni Azərbaycan Partiyası(YAP) Gənclər Birliyinin şura üzvü, partiyanın Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov müxalifətin İbrahimbəyovun simasında Azərbaycanı beynəlxalq aləmdə gözdən salmağa çalışdığını düşünür. O, sosial şəbəkələrdə siyasətdən xəbərsiz olan dramaturq üçün bir neçə vacib xatırlatmalar da edib: “Milli şura”nın ssenarisini yazan və özünü “baş qəhrəman” kimi qələmə verən, şuranın hələki (namizədlərin çoxalacağına heç şübhə etmirəm) prezident seçkilərinə vahid namizədi olan Rüstəm İbrahimbəyov Almaniyanın “Zenit” jurnalının əməkdaşı ilə söhbətində qərəz dolu açıqlamalar verib. O, 1993-cü ildən bəri ölkədə azad və ədalətli seçkinin keçirilmədiyini vurğulayıb. Alman pivəsinin təsiri altında nə danışdığını bilməyən qoca dramaturq unudub ki, onun sədri olduğu “milli şura”da yer alan, ona “dəstək” olanların əksəriyyəti məhz 1993-cü ildən sonra ölkədə keçirilmiş seçkilərdə Milli Məclisdə təmsil olunma haqlarına sahib olublar. Əgər o seçkilər ədalətsiz keçirilirdisə, nəyə görə onlar mandatlarından imtina etmir, etirazlarını deputat olanda bildirmirdilər?! Bu bir daha onu təsdiq edir ki, bunların özlərinə sərf edəndə seçki tam ədalətli, azad və şəffav keçir, yox, bunlar seçilməyəndə isə hər şey qanunsuz və ədalətsiz olur. Çox maraqlıdır ki, qeyri-məntiqi bu düşüncə ancaq bizim müxalifətə aiddir!”
Amil Cavadov daha sonra İbrahimbəyova xarici mətbuata Azərbaycanı gözdən salmaq üçün verdiyi açıqlamasına cavab olaraq qısa xatırlatma da edib : “1993-cü ildən sonra Milli Məclisə seçilmiş Milli şura üzvlərinin siyahısına baxaq: Kərimov Əli (1995, 2005), Fəttayev Mirmahmud (1995, 2000), Əliyev Qulamhüseyn (1995, 2000), Akif Şahbazov (1995), Arif Hacılı (1995), Arzu Səmədbəyli (2005, 2010), Cəmil Həsənli (2005), Eldar Namazov (1995), Gülnarə Qurbanova (1995), Gültəkin Hacıbəyli (2000, 2005), İkram İsrafil (2005), Musa Yaqub (1995, 2000), Rəsul Quliyev (1995), Solmaz Ələsgərli (1995), Zəminə Dünyamalıyeva (1995)”
Onu da bildirək ki, bu Rüstəm İbrahimbəyovun Azərbaycandakı demokratik proseslərlə bağlı xarici mətbuata verdiyi ilk yalan açıqlma deyil. O bir neçə dəfə belə qərəzli mövqe sərgiləyərək həqiqətə kor olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.07.2020
İtki verən düşmən geri otuzdurulub, 2 nəfər şəhidimiz var, 5 nəfər isə yaralanıb
11.07.2020
BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub
11.07.2020
Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı
11.07.2020
Azərbaycanda aparılan iqtisadi islahatlar siyasi islahatlarla tamamlanır
11.07.2020
Hər birimiz operativ qərargah tərəfindən verilən tapşırıqlara ciddi əməl etməliyik

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
3 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
4 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
5 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info