Müxalifət nümayəndəsi: “Köhnə müxalif siyasətçilərdən və onların düşüncə tərzindən birdəfəlik qurtulmalıyıq”
Tarix: 01.04.2019 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Azərbaycanda fəaliyyət göstərən müxalif partiyaların demək olar ki, hamısı daim partiya maraqlarını xalqın, dövlətin maraqlarından üstün tutublar. Bununla bağlı yüzlərlə misallar göstərmək olar. Hətta zaman-zaman müxalifət daxilində olan intriqalar, savaşlar haqqında mətbuatda yazılar da dərc edilib. Yəni bu cür anormal fəaliyyət artıq müxalifət üçün adi hala çevrilib. Ən maraqlısı isə budur ki, yeni müxalif qüvvələr köhnələri qəbul etmirlər, köhnələr isə yeniləri özlərinə böyük və ciddi rəqib gördükləri üçün sıradan çıxarmağa çalışırlar. Nəinki köhnələrlə yenilər, elə köhnə müxalif qüvvələr də öz aralarında daim “mövqe savaşına” çıxırlar. Məsələn Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında uzun illərdir ki, davam edən kin, söz davası hələ də qalır. Bu iki partiya hətta mitinq təyin edəndə belə, ayrı-ayrı vaxtlarda təşkil etməyə çalışırlar, vahid məxrəcə gəlmək, birgə fəaliyyət göstərmək barədə zərrə qədər də düşünmürlər. AXCP rəhbərinin “milli şura” adıyla mitinqlər təşkil etməsini və Müsavatın bu aksiyaların heç birinə dəstək verməməsini də yəqin ki, xatırlayırsınız. Qısası, 90-cı illərdən bir-birini qıran müxalifət partiyalarının rəhbər şəxsləri hələ də öz amplualarındadılar. Amma son bir neçə ildə Əli Kərimlinin qorxulu yuxusuna çevrilən daha bir siyasi qüvvə formalaşıb ki, bu da elə sosial bazası AXCP qədər az olan REAL Partiyasıdır. Əvvəllər REAL hərəkatı kimi fəaliyyətə başlayan bu partiya AXCP rəhbərliyi tərəfindən daim hədəfə alınır, elə REAL Partiyasının rəhbərliyi də az aşın duzu olmadıqlarını dəfələrlə sübut ediblər. Yəni söz savaşları, sosial şəbəkələrdə bir-birilərinə qarşı trol ordularından istifadə edilməsi artıq adi hal alıb. Buna ən son misal isə REAL Partiyasının rəhbər şəxslərindən olan Azər Qasımlının sosial şəbəkələr üzərindən müxalifət üçün sensasion sayılacaq paylaşım etməsidir. O yazıb: “Siyasi mübarizə iqtidar-müxalifət mübarizəsi deyil, mübarizə meydanı daha genişdir. Mübarizə köhnə ilə təzə, müasirliklə geridəqalmışlıq, keçmişlə geridəqalmışlıq arasında gedir. Ölkəmizin irəli getməsi üçün 90-ların siyasətçilərindən və düşüncə tərzindən birdəfəlik qurtulmalıyıq”.
Bu paylaşımdan, REAL Partiyası funksionerinin aşkar mövqeyindən də aydın görünür ki, o daşı birbaşa Müsavat, AXCP və digər onlara müttəfiq olan müxalif partiyaların bostanına atıb. Elə məhz bu səbəbdəndir ki, Əli Kərimli cəbhəçi trolları dərhal REAL Partiyasının, Azər Qasımlının üzərinə yönləndirib. İndi sosial şəbəkələrdə məlum statusun çəkilmiş fotosunun paylaşımı daha çox artıb ki, əksəri də deyildiyi kimi, cəbhəçilər tərəfindən həyata keçirilir. Təbii ki, burada Azər Qasımlı qınaq obyekti olsun deyə, belə paylaşımlar edilir. Elə, şərhlər də ürəkaçan deyil. Kimisi ağır söyüşlərlə təhqir edir, kimisi REAL Partiyasının satılmasından söz açaraq, “yaşasın Əli Kərimli” deyib, yersiz və nümayişkaranə etiraz cümlələri yazırlar. Maraqlıdır ki, buna adekvat olaraq profillərində REAL Partiyasına aid şəkillər olan bəzi gənclər də cəbhəçilərin əleyhinə paylaşımlara başlayblar, onlar AXCP-ni dözümsüzlükdə, radikallıqda, haqqı, doğru fikri qəbul etməməkdə və ən əsası, demokrat olmamaqda suçlayırlar.
Ortada isə ikrah doğuran bir mənzərə yaranır... Kənardan siyasətlə yenicə maraqlanan bir gənc bu mənzərəyə baxsa, heç şübhəsiz ki, belə müxalifətdə “mövqe savaşına” çıxan iki qüvvəyə qarşı nifrətlə yanaşacaq. O, nəinki AXCP və ya REAL Partiyasının fəaliyyət və çağırışlarına reaksiya verməyəcək, heç bu adamları, ümumiyyətlə, ciddi siyasətçi kimi də qəbul etməyəcək. Sonra da, guya ölkədə demokratik mühitin olmaması səbəbindən sosial bazalarının zəif olması haqqında nağıllar danışan müxalifət rəhbərləri bu cür iyrənc oyunlarının onları xalqın gözündən salmaları haqqında düşünməyəcəklər. Bax, budur əsl Azərbaycan müxalifətinin iç üzü. Budur şəxsi maraqlara söykənən siyasi fəaliyyət. Odur ki, nə REAL Partiyası, nə “milli şura” və AXCP, nə də Müsavat partiyasının siyasi perspektivi görünmür...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək
27.08.2019
Proqramsız müxalifət

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info