“Milli şura”dakı son olaylar cəmiyyətə neqativ impuls ötürür”
Tarix: 26.07.2013 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Son zamanlar siyasi arenada ən çox müzakirə olunan mövzu müxalifət düşərgəsinin toplaşdığı “milli şura”da ciddi problemlərin yaranmasıdır. Müsavat-Azərbaycan Xalq Cəbhəsi Partiyası(AXCP), ACP-Müsavat qarşıdurmalarının günbəgün böyüməsi isə bu qurumun gələcəyini sual altına qoyub. Prezident seçkilərinə az zaman qalmasına baxmayaraq müxalifət daxilində intriqaların daha da çoxalması isə bir çox siyasətçilərdə bu düşərgəyə olan inamı xeyli azaldıb.
“Milli şura”dakı siyasi proseslərlə bağlı “Palitra”ya açıqlama verən Demokratik Birlik Partiyasının sədri Mirfazil Həmid müxalifətin belə duruma düşməsini üzücü hal kimi qiymətləndirdi:
“Müxalifət düşərgəsində yaşanan son prosesləri yaxşılığa dogru atılan addım kimi qiymətləndirmirəm. “Milli şura”da həm təşkilatlar arasında həm də liderlər arasında olan intriqalar, onların bir-biri ilə yola getməməsi, aralarında yaranan , hələ də davam edən və sonu görünməyən köhnə münaqişələr seçki ərəfəsində cəmiyyətə ötürülən neqativ impulsdur. Görünən odur ki, “milli şura”da təmsil olunan siyasi partiyalar Rüstəm İbrahimbəyov ilə yanaşı, özləri arasında da ikitərəfli əməkdaşlıgı inkişaf etdirməli idilər. Yəni, AXCP-Müsavat və ACP-Müsavat arasında olan məsələlərə özləri ayrıca aydınlıq gətirib, razılaşdırsalar daha yaxşı olar. Partiyalar arasında funksional əməkdaşlığın olmaması “milli şura”nın başqa üzvlərinə də bu və ya digər formada təsir edir. Qeyd edim ki, siyasi partiyalar, ictimai təşkilatlar, QHT-lər və eləcə də yazarların da müəyyən edilmiş və razılaşdırılmış maraqlar ətrafında birləşdiyi bir təşkilatda dedi-qoduların olması yaxşı hal deyil”.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info