Gülün ki, sağlam olasınız!
Tarix: 02.04.2019 | Saat: 10:33:00 | E-mail | Çapa göndər


Maraqlı faktlar

Bir çox ölkələrdə 1 aprel gülüş günü kimi qeyd olunur.
Saglamolun.az bildirir ki, alimlər gülməklə bağlı bir çox maraqlı araşdırmalar aparıblar və belə nəticəyə gəliblər ki, gülmək insan sağlamlığına çox müsbət təsir edir.
Gülmək zamanı qanda stress hormonları olan adrenalin və kortizonun səviyyəsi düşür, xoşbəxtlik hormonların (endorfinlər) səviyyəsi isə qalxır. Nəticədə stress və gərginlik azalır. Sübut olunub ki, xroniki stress və gərginlik bir çox pozulmaların inkişafına səbəb olur.
Daim gərgin vəziyyətdə olan insanın daxili orqanlarında da gərginlik artır ki, bu da mədə-bağırsaq, ürək-damar, sinir sistemlərində problemlərə səbəb olur. Belə ki, gərgin vəziyyətdə olan insanın bağırsaqları pis işləyir ki, nəticədə insanda qəbizlik inkişaf edə bilər. Xroniki stress qan damarların spazmına (sıxılma) səbəb olur. Nəticədə qan pis dövr edir, damarlarda iltihablar yaranır, damarların daxili divarlarında xolesterin daha tez yığılır.

Məhz bu səbəbdən həkimlər ürək xəstəliklərindən əziyyət çəkən insanlara stresdən uzaq olmağı, daha çox gülməyi tövsiyə edirlər.
Alimlərin müşahidələrinə görə şən, gülərüz insanlar daha az xəstələnir və daha tez sağalır. Məsələ burasındadır ki, gülmək immun sisteminə çox müsbət təsir edir. Alimlərin müşahidələrinə görə, gülmək zamanı qanda immun hüceyrələrin sayı artır.
Gülmək hətta ağrısızlaşdırıcı təsirə malikdir. Amerika onkoloqları maraqlı eksperiment aparıblar. Həkimlər bir qrup pasiyentlərə komediyaları, gülməli verlişləri və şouları baxmağı tövsiyə edirdilər. Nəticədə bu pasiyentlər ağrılardan daha az əziyyət çəkirdi, onlara daha az ağrısızlaşdırıcı dərmanlar tələb olunurdu.
Həkimlər spazm nəticəsində yaranan baş ağrısını... gülməklə müalicə etməyi tövsiyə edirlər. Başınız ağrıyırsa, komediyaya baxın. Bir müddətdən sonra siz baş ağrısınız azalmasını hiss edəcəksiniz.
Endokrinoloqlar qeyd edirlər ki, onların şən, güləyən pasiyentlərində qanda şəkərin səviyyəsi daha asan tənzimlənir və xəstəlik daha yüngül keçir.
Gülmək zamanı yuxarı tənəffüs orqanları təmizlənir, orqanizm daha çox oksigen alır, qan dövranı yaxşılaşır.
İsveç alimləri komik və tragik teatr aktyorlarının həyatını müqayisə ediblər. Məlum olub ki, komik aktyorlar tragik aktyorlarla müqayisədə daha az xəstələnir və daha çox yaşayırlar.




 
Bölməyə aid digər xəbərlər
04.08.2020
Almaniyada “CityAirbus” adlı uçan taksinin sınağı uğurlu olub
02.08.2020
Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi
01.08.2020
Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
01.08.2020
“Rover“ kosmik gəmi kosmosa buraxılıb
30.07.2020
Nadir qorillanı öldürən şəxs 11 illik azadlıqdan məhrum edildi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info