İsveçrəli duet Sumqayıt tamaşaçılarının qarşısında çıxış edib
Tarix: 02.04.2019 | Saat: 10:44:00 | E-mail | Çapa göndər


Sumqayıt Dövlət Dram Teatrın səhnəsi bu dəfə İsveçrəli musiqiçilərin ixtiyarına verilib. Əcnəbi duetin böyük maraqla qarşılanan konserti martın 30-dan aprelin 15-nə kimi ölkəmizdə davam edən “Frankofoniya həftələri” festivalı çərçivəsində reallaşıb. İsveçrə səfirliyinin təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı sayəsində gerçəkləşən konsert Sumqayıtın 70 illiyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, “Ah gözəl yay! Əbədi nəğmələr” adlanan bu layihədə gitara ifaçısı və müğənni Mark Aymon və İsveçrədə icad olunan musiqi alətində müşayiət edən Efraim Salzman ənənəvi xalq mahnıları ilə müasir musiqinin sintezindən yaratdıqları ecazkar mahnıları böyük məharətlə ifa ediblər.
Konsertdən öncə tamaşaçıları salamlayan İsveçrə Konfederasiyanın Azərbaycandakı səfiri Filipp Ştalder təmsil etdiyi ölkə haqqında danışaraq, musiqini insanların bir-biri ilə təmas qurmasında vasitə olduğunu deyib. Xarici diplomat uzun turnedən sonra Azərbaycana gələn duetin Sumqayıt tamaşaçılarının zövqünü oxşayacağına əminliyini bildirib.
Sonra səfir dünyanın 20 ölkəsində alqışlarla qarşılanan məşhur həmvətənlərini səhnəyə dəvət edib. Son qastrol səfərləri zamanı Livan, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliyada uğurla çıxış edən istedadlı cütlük bu dəfə sumqayıtlı tamaşaçıların qəlbini fəth edib. Musiqiçilərin virtuoz ifaları tamaşaçılar tərəfindən hərarətlə alqışlanıb. Mahir ustalıqla ifa olunan musiqi parçaları zalda konsert boyu təkrarolunmaz pozitiv atmosfer yaradıb. Musiqiçilərlə tamaşaçıların birgə rəqsləri, oxuduqları mahnılar konsertə xüsusi rəng qatıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov musiqiçilərə yaddaqalan çıxışa, yaratdıqları gözəl ovqata görə təşəkkürünü bildirib.
“Azərbaycan öz qədim tarixi və zəngin mədəniyyəti ilə seçilən müasir ölkədir”, - deyən T.Səmədov Sumqayıtda son zamanlar mədəniyyət ocaqlarının yüksək, müasir standartlar səviyyəsində təmir edilməsinin artıq beynəlxalq tədbirlərin keçirilməsinə rəvac verdiyini diqqətə çatdırıb.
Musiqiçilər Azərbaycanda olmaqdan məmnunluqlarını bildiriblər. Qeyd ediblər ki, Beyrutda olarkən ölkələrinin Livandakı səfiri onlara Bakının füsunkar, inanılmaz gözəl, möhtəşəm şəhər olduğunu vurğulayıb. “Biz ilk gündən Bakıya, Sumqayıta heyran olduq və vurulduq. Azərbaycanlılar istiqanlı və qonaqpərvər xalqdır”, - deyə onlar əlavə ediblər.
Qeyd edək ki, 1982-ci ildə İsveçrənin Sion şəhərində anadan olan Mark Aymon səyahət etməyə və incəsənətə vurğun müğənnidir. O, "The astronaut", “An almond tree in winter”, "Marc Aymon” və "Of a single mouth” adlı dörd diskin müəllifidir. Onun mahnıları xüsusilə Cənubi Amerika, Afrika, İran, ABŞ və bütün fransızdilli ölkələrdə yayılıb. O, həmçinin saysız-hesabsız konsertlərlə yanaşı, Nyonda Paleo Festivalı da daxil olmaqla, bir sıra məşhur festivallarda iştirak edib.
Efraim Salzmann 1975-ci ildə İsveçrənin Naters şəhərində anadan olub və uşaqlıqdan musiqini çox sevib. O, ritm və zərb alətlərinə valeh olaraq, müxtəlif alətlərdə ifaları ilə yadda qalıb. İyirmi ildən çoxdur ki, İsveçrədə və Almaniyada səhnəyə çıxır.




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
“Muğam dünyasına səyahət” adlı layihə davam edir
25.08.2019
Kiyevdə keçirilən festivalda soydaşlarımız da təmsil olunub
25.08.2019
“Kişilər və qadınlar” tamaşası nümayiş olunacaq
25.08.2019
Azərbaycan mədəniyyəti Xarkovda təbliğ olunub
24.08.2019
Azərbaycanın hərbi orkestri “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info