“Tələbələrin Liderlik Akademiyası” layihəsi keçirilib
Tarix: 02.04.2019 | Saat: 12:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 22-26 mart tarixində “Tələbələrin Liderlik Akademiyası” layihəsi keçirilib. Layihə Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Daşkəsən Gənclərinin Təlim və İstirahət Mərkəzində keçirilmişdir.
Layihənin açılış mərasimində ATGTİ sədri Faiq Məmmədov çıxış edərək, layihədə iştirak hüququ qazanan tələbələri qazandıqları uğur münasibətilə təbrik edib. O, iştirakçıları ATGTİ-nin fəaliyyəti ilə yaxından tanış etdikdən sonra, ATGTİ-nin katiblik üzvlərini, komanda kapitanlarını və layihədə qonaq qismində iştirak edən təlimçiləri iştirakçılara təqdim edib. Faiq Məmmədov nitqinin sonunda bütün komandalara mübariz olmağı və sağlam rəqabət aparmağı tövsiyə edib.
“Tələbələrin Liderlik Akademiyası” layihəsində iştirak edən 100 tələbə 4 komandada – “Su”, “Od”, “Yel” və “Torpaq” komandalarında bölünmüşdür. Komandalar 22 mart tarixində Bakıdan Daşkəsənə yola düşmüş, elə həmin gündən də yarışmaya start verilmişdir.
Layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və s. kimi xüsusiyyətlərin aşılanması, gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və xarici arenada layiqincə təmsil edəcək mütəxəssislər yetişdirmək idi.
Tələbələrə peşəkarlar təlimçilər – Expressbank-ın əməkdaşları Nurxan Babayev, Faiq Musayev, F&X Academy Group-un təsisçisi Fəxrəddin Abdullayev və Brandmaker Exclusive -in satış meneceri və təsisçisi Fərid Məhərrəmli tərəfindən “Emosional intellekt”, “Peşəkar mütəxəssis”, Fikrin formalaşdırılması” və “Rəqəmsal marketinq” mövzularında təlimlər keçirilmişdir. İştirakçı tələbələr media və mətbuat, layihə və divar qəzetlərinin yazılması və s. işlərlə məşğul olub, həmçinin, hazırladıqları səhnəcikləri sosial gecələrdə nümayiş etdirmişlər.
Əsas məqsədi tələbələrin gününün səmərəli keçməsini təmin etmək, onların liderlik bacarıqlarına yiyələnməsinə vasitə olmaq olan layihənin proqramına, bununla yanaşı tələbələrin gəzintisi də daxil edilib.
Proqrama əsasən iştirakçılar Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən 2700 metr yüksəkliyində - Nağara dağına qalxıblar. Havanın soyuq olmasına baxmayaraq, komanda iştirakçıları bütün maneələri dəf edərək qalxdığı Nağara dağında təlim xarakterli müzakirələr aparıb. Bununla yanaşı komanda iştirakçıları dağa qalxarkən, bütün çətin situasiyalarda bir-birinə yardım edib. Beləliklə gəzinti, iştirakçılarda mahiyyət etibarilə yardım etmə mədəniyyətinin formalaşmasında, lider olaraq qarşıya qoyduğu məqsədlərə nail olmasında əhəmiyyətli rol oynayıb
Akademiyanın sonuncu günündə tələbələr təlim materialları əsasında tərtib olunmuş imtahanda iştirak etmişlər. Beləliklə qalibiyyət uğrunda aparılan 4 günlük mübarizənin sonunda həmrəylik qalib gəlmiş, bütün komandalar qalib elan olunmuş və bütün iştirakçılar fərqlənmə diplomu ilə təltif olunmuşlar. 26 mart tarixində layihənin bağlanış mərasimi keçirilmiş, daha sonra komandalar və təşkilat komitəsi Bakıya yola düşmüşdür.




 
Bölməyə aid digər xəbərlər
03.08.2020
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də
03.08.2020
“Azerbaijani Ladies Club” üzvləri adından Azərbaycan həkimlərinə dəstək mesajı - VİDEO
02.08.2020
Baş Prokurorluq: Siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir
02.08.2020
Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb
02.08.2020
AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info