Bakı Ali Neft Məktəbi Rapid Solutions şirkətilə anlaşma memorandumu imzaladı
Tarix: 02.04.2019 | Saat: 12:32:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) partnyorları siyahısına daha bir transmilli şirkət daxil oldu. Belə ki, BANM elektrik, hidravlik və mexaniki qurğuların, telekommunikasiya xidmətlərinin və bu istiqamətdə texniki təlimlərin qlobal təchizatçısı olan Rapid Solutions şirkətilə anlaşma memorandumu imzalayıb.
Memorandumun imzalanmasında əsas məqsəd Ali Məktəbin müxtəlif ixtisasları üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və biliklərin yiyələnməsi üzrə birgə əməkdaşlıq tədbirlərinin həyata keçirilməsidir.
Müqavilənin şərtlərinə əsasən şirkət özünün marağında olan ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığında Ali Məktəblə əməkdaşlıq edəcək, müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, eləcə də birgə elmi forum və konfransların təşkili işlərində köməklik göstərəcək.
Tərəflər arasında həmçinin birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, o cümlədən ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi haqqında razılığa gəlinib. Qeyd edək ki, Ali Məktəbin əməkdaşlıq etdiyi nəhəng transmilli şirkətlər arasında SOCAR, BP, Halliburton, Maire Tecnimont, ABB, Schlumberger, Schneider Electric, Emerson və s. kimi şirkətlər daxildir.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Pilot peşə təhsili müəssisələrinin tələbələri yay təcrübəsindədir
24.08.2019
Ağcabədili məzunlardan 446-sı tələbə adını qazanıb
23.08.2019
Abituriyentlərin nəzərinə
23.08.2019
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır
22.08.2019
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info