“Kiçik fibroadenomanın müalicəyə ehtiyacı yoxdur”
Tarix: 02.04.2019 | Saat: 13:27:00 | E-mail | Çapa göndər


Son vaxtlar gənc xanımlar arasında süd vəzi xəstəlikləri arasında fibroadenomalar geniş yayılıb. Bəzən bu xəstəlik haqqında dəqiq məlumatı olmayanlar fibroadenomanın mütləq bədxassəli şişə çevriləcəyindən narahat olurlar. Lakin bu kütlə heç də həmişə xərçəngə çevrilmir. Bu haqda Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkimi, radioloq-mammoloq Günel Qəmbərova məlumat verib.

- Fibroadenoma nədir? Bu xəstəliyi olan qadınlar nədən narahat olmalıdır?

- Fibroadenomalar əsasən 18-40 yaş arası rast gəlinən süd vəzi törəməsidir. Fibroadenoma sərt bir kütlədir, kistadan fərqli olaraq, hətta 1 sm olduqda belə, əl ilə rahatlıqla aşkarlana bilər. Fibroadenoma çox zaman xərçəngə çevrilmir. Ancaq getdikcə böyüyə bilər, sayı arta bilər.
bəlli bir müddətdən sonra mütləq fibroadenomanın tərkibinin analizi aparılmalıdır. Çünki bu kütlənin həcmi dəyişə bilər. Bu da insanı çaşdıra bilər. Fibroadenomalar hamiləlikdə, süd vermə dövründə böyüyə bilər, zahılıq dönəmində isə hətta kiçilə bilər. Bu düyünlər estrogen hormonunun təsiri fonunda böyüyür, ona görə də hamiləlikdə kütlələr daha giqant ölçüyə, menopauza dönəmində isə ölçüləri kiçilir.
Fibroadenomalar əldə hərəkətli, kənarı sərt, dəqiq bir kütlə kimi hiss olunur. Radioloji olaraq diaqnoz USM və Mammoqrafiya ilə qoyulur, ancaq mütləq şəkildə sitoloji verifikasiya tələb edir.

- Bəs fibroaenomalara nə zaman müalicə lazımdır?

- Əgər fibroadenoma ağrı vermirsə, ölçüsü kiçikdirsə, kontrol müayinələrdə ölçü böyümürsə, biopsiya ilə diaqnozu dəqiqləşibsə, onda müalicə tələb olunmur. Belə olduğu halda, yalnız və yalnız kontrol USM və Mammoqrafiya tələb olunur.
Əgər ölçü böyükdürsə və ağrı verirsə, biopsiyada şübhəli bir durum aşkarlanırsa, cərrahi müalicə tələb olunur. Qeyd edim ki, fibroadenoma ancaq və ancaq cərrahi müalicə ilə aradan götürülür, onun konservativ müalicəsi yoxdur. Əməliyyat növü mammoonkoloq-cərrah tərəfindən seçilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Genetik olaraq yuxusuzluqdan əziyyət çəkənlərdə ürək xəstəlikləri riski artır
21.08.2019
Yuxularınız sizin haqqınızda bunları deyir
19.08.2019
Ziyil insandan insana keçə bilər?
18.08.2019
Təzyiqin qalxmasının əsas 10 səbəbi
16.08.2019
Dəri xəstəliklərindən əziyyət çəkirsinizsə...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info