Özbək jurnalistlərin növbəti mediaturu Azərbaycanın cənub bölgəsinə olacaq
Tarix: 02.04.2019 | Saat: 13:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıqova arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlığın qurulması və inkişafı məqsədilə bir sıra məsələlər danışılıb, gələcəkdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər qarşılıqlı əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi barədə fikirlərini bölüşüb, birgə tədbirlərin reallaşdırılması məqsədilə yaxın zamanlarda ikitərəfli əməkdaşlığa dair Memorandumun imzalanmasını razılaşıblar.
Görüşdə cari ilin iyun ayında Özbəkistan Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın aparıcı media nümayəndələrinin iştirakı ilə təşkil olunacaq növbəti “Mediatur”un Azərbaycanın cənub bölgəsinə də təşkil olunması, Lənkəran şəhərində “Azərbaycan və Özbəkistan böyük ipək yolu ilə” adlı Beynəlxalq tədbirin keçirilməsi, Özbəkistanın incəsənət ustalarının, musiqi kollektivlərinin iştirakı ilə konsert proqramının təşkili ilə əlaqədar tərəflər arasında fikir mübadiləsi aparılmış və ilkin razılıq əldə olunub. Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıqova lazımi qurumlarla məsələnin müzakirə edəcəyini və detallarının razılaşdırılacağını bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
03.08.2020
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də
03.08.2020
“Azerbaijani Ladies Club” üzvləri adından Azərbaycan həkimlərinə dəstək mesajı - VİDEO
02.08.2020
Baş Prokurorluq: Siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir
02.08.2020
Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb
02.08.2020
AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info