İşğalçının Aprel xofu
Tarix: 02.04.2019 | Saat: 14:33:00 | E-mail | Çapa göndər


Namiq Əliyev |

Tarix üzrə fəlsəfə doktoru

Azərbaycan Ordusunun Aprel zəfəri, təkcə Dağlıq Qarabağ münaqişəsinin tarixində deyil, bütövlükdə hərb tariximizdə xüsusi yeri olan hadisədir. Artıq orta məktəblərin Tarix dərsliklərində bu qələbə öz əksini tapıb. Prezident İlham Əliyevin dediyi kimi, Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Münaqişənin başlamasından keçən uzun illər ərzində ermənilər belə bir mif yaratmışdılar ki, onların ordusu “məğlubedilməzdir”, təmas xəttində qurduqları müdafiə sədləri keçilməzdir. Azərbaycan Ordusunun sayca kiçik bir hissəsi, qəhrəman əsgər və zabitlərimiz bir neçə saatlıq döyüş nəticəsində ermənilərin öz orduları haqda yaratdıqları əfsanəni darmadağın etdilər. Bir fakt öz təsdiqini tapdı ki, ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalı, təkcə erməni ordusunun gücü ilə bağlı deyildi. Ərazilərimizin itirilməsi o dövrdə Azərbaycanda yaranan xaosun, qarşıdurmanın, hakimiyyət uğrunda mübarizənin, səriştəsiz adamların iqtidara gəlməsinin nəticəsi idi. Prezidentimiz çıxışlarının birində bu haqda belə deyirdi: ” Ermənistan, onların havadarları bu vəziyyətdən istifadə edərək xarici dəstək, xarici müdaxilə hesabına bizim torpaqlarımızı işğal etmişdir. Bu, tarixdir, biz bu tarixi bilirik və gənc nəsil də tarixi olduğu kimi bilməlidir”.
Aprel zəfəri onu göstərdi ki, nə Azərbaycan dövləti, nə də xalqı torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, gec-tez düşmən tapdağı altında olan ərazilərini azad edəcək. Bunu həm ermənilər, həm də onlara dəstək verən xarici qüvvələr də artıq anlayıblar. Təsadüfi deyil ki, Aprel döyüşlərindən sonra yaranan xof və qorxu nəticəsində Ermənistandan miqrant kimi xarici ölkələrə axın edənlərin sayı artdı.
Həmin günlərdə Azərbaycan xalqı öz vətənpərvərliyini bir daha sübut etdi. Təmas xəttinə yaxın ərazilərdə yaşayan yüzlərlə gənc silahsız və qorxmadan döyüş bölgəsinə getdi, dinc əhaliyə yardım göstərdi. İri şəhərlərdə gənclər könüllü olaraq səfərbərliklə məşğul olan qurumlara müraciət edərək, ön cəbhəyə getmək istəklərini bildirdilər. Təmas xəttinə yaxın yerlərdə yaşayan insanlar da cəsarət göstərərək evlərini, kəndlərini tərk etmədilər. Bütün bunlar xalqda böyük ruh yüksəkliyi yaratdı.Ermənilərdə isə əksinə, ruh düşgünlüyü yaranmışdı, onlar özləri vuruşmaq əvəzinə, sosial şəbəkələrdə, KİV-lərdə səs-küy salırdılar ki, “niyə müttəfiqlərimiz bizə kömək etmir?” Bu açıqlamalar bir daha göstərdi ki, Ermənistan Azərbaycan torpaqlarını xarici güclərin dəstəyi hesabına işğal altında saxlaya bilir.
Tarixi zəfərdə Azərbaycan Ordusunun müasir silahlarla təmin edilməsinin rolu böyük oldu. Bu, onu sübut etdi ki, dövlətin müasir silahlara, döyüş ləvazimatlarına sərf etdiyi vəsait boşuna xərclənməyib. Hətta Ermənistanın o vaxtkı rəhbərliyi də texniki baxımdan Azərbaycan Ordusunun üstünlüyünü beynəlxalq səviyyədə etiraf etməyə məcbur oldu. Onu da xatırladaq ki, həmin kriminal rəhbərliyin hakimiyyətdən uzaqlaşdırılmasında Aprel qələbəsinin rolunun olması amili siyasətçilər tərəfindən qəbul edilir. Bu amil Ermənistanın yeni hakimiyyətinin münaqişənin həlli ilə bağlı danışıqlar masası arxasına qayıtmasında da öz rolunu oynadı.
Xalq-iqtidar birliyinin güclənməsi baxımından da Aprel zəfərinin əhəmiyyəti əvəzsizdir. Bir daha təsdiq olundu ki, əgər xalqla hakimiyyət çətin anlarda birlikdə hərəkət edirlərsə, qələbə daha yaxın olur.




 
Müəllifin son yazıları

27.01.2019 İnformasiya savaşında hansı tərəfdə durmalıyıq?
30.10.2018 “Daha sərt qanunlar saytlarda yol verilən təhqir və şantajların qarşısını ala bilər”
26.10.2018 “Regiondakı geosiyasi vəziyyət Ermənistanın xeyrinə deyil”
28.08.2018 “Merkelin səfəri zamanı ən iri iqtisadi saziş Azərbaycanla bağlandı”
18.07.2018 “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info