Aprel zəfəri – 3 il: Aprel döyüşləri və Azərbaycan gəncinin vəzifələri
Tarix: 02.04.2019 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


Elə dəyərlər var ki, dövr dəyişsə də onlar dəyişilmirlər. Çox şeylər dəyişilir, amma Vətən sevgisi, yurd, yurddaş sevgisi, millət sevdası, bayraq ucalığı, insanlıq, namus-qeyrət təəssübkeşliyi kimi yuxarıda qeyd edtiyimiz dəyişilməyən dəyərlər var. Bu dəyərlər məhz bizlərə - ulu türk millətinə - Azərbaycanlılara xas olan genetik xəritənin kodlarıdır. Məhz bu cəhətlərdir ki, bizə tarix boyu saysız bəlalara məruz qalsaq da, heç vaxt əyilməmək, mübariz olmaq əzmi vermişdir.
Ötən əsrin sonlarında mənfur düşmənlərimizin qeyri-bərabər, elan olunmamış müharibədə, min hiylə-kələk və xarici havadarlar hesabına torpaqlarımızın bir hissəsini işğal etdiyi vaxtlarda da əliyalın da olsa, minlərlə igid oğul və qızlarımız Vətən uğrunda can-başla döyüşdülər, 20 000-dən çox qəhrəman Vətən övladı şəhid oldu.
Fəqət artıq zaman dəyişib. Bu gün ölkəmiz regionun ən qabaqcıl dövlətinə çevrilmiş və istər sosial-iqtisadi, istərsə də hərbi-siyasi cəhətdən Qafqazın ən güclü dövlətidir.
Qarabağ savaşından sonra atəşkəs dövründə erməni silahlı birləşmələriylə Azərbaycan Ordusu arasında baş verən ən iri miqyaslı döyüş olan "Dörd günlük müharibə, yaxud Aprel zəfəri" bunun bariz nümunəsidir. Bu zəfər günlərində 100-ə qədər ŞƏHİD versək də, yenidən bir yumruq olduq, bir bədəndə bir ürək olduq!
Bu gün artıq Aprel döyüşlərinin başlamasından 3 il ötür, amma sanki hər gün biz o günlərin ruhiyyəsi ilə yaşayırıq. Bu zəfər döyüşlərində Vətənin hər yanında olduğu kimi bizim də ocağa ŞƏHİDLİK qismət oldu; əmim oğlu və sinif yoldaşım, peşəkar snayperçi əsgər Nurəddin Ehtimad oğlu Mirzəyev də aprelin 2-dən 3-nə keçən gecə Lələtəpənin 22 fatehi sırasına adını yazdırdı!...
Ey bu topraklar için toprağa düşmüş asker!
Gökden ecdad inerek öpse o pak alnı, deyer!
Ne büyüksün ki, kanının kurtarıyor tövhidi,
Bedrin arslanları ancak bu kadar şanlı idi! ( M.A.Ərsoy )
Bu bizim üçün böyük şərəfdir və biz tələbə - gənclər olaraq hər birimiz hər an bu müqəddəs amal uğrunda - Vətən torpağı, qeyrəti uğrunda ali baş komandanın bir əmri ilə candan keçməyə hazırıq. Qoy düşmən bilsin ki, bizlər əcələ, ölməyə deyil, Şəhidliyə sevdalandıq!
Son olaraq bir önəmli nüansı da qeyd etmək istəyirəm: qoy bizim hər bir tələbə gəncimiz bilsin ki, mən yuxarıda Şəhidlik, döyüş, mübarizə deyərkən təkcə qanlı hərb meydanlarında savaşmağı deyil, bundan daha çox elm cəbhəsində, informasiya cəbhəsində savaşmağı qəsd edirəm! Qoy bizim yüksək idraka və kamala malik gənclərimiz dahi Nizaminin aşağıdakı misralarını bir də xatırlasınlar:
"Qüvvət elmdədir, başqa cür heç kəs,
Kimsəyə üstünlük eyləyə bilməz!"
Taleh Mirzəyev

ADPU-un Tarix və Cografiya Fakültəsinin III kurs tələbəsi




 
Bölməyə aid digər xəbərlər
03.08.2020
Baş verənlər göstərir ki, düşmən hər an yeni təxribatlara əl ata bilər
02.08.2020
Azərbaycanın inamlı siyasəti Ermənistanı bütün müstəvilərdə məhv edib
02.08.2020
Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı
02.08.2020
Dünya ictimaiyyəti birmənalı olaraq qəbul edib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır
01.08.2020
Sağalanların sayının xəstələnənləri üstələməsi heç kəsi arxayınlaşdırmamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info