ADPU-da “Vətən sənə oğul dedi...” adlı tədbir keçirilib
Tarix: 02.04.2019 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlil Rza oğlu Xəlilbəylinin xatirəsinə həsr olunmuş “Vətən sənə oğul dedi...” adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları, Təbriz Xəlilbəylinin anası Firəngiz Xəlilbəyli, qızı Gültac Xəlilbəyli, qohumu, “Yuğ” Teatrının aktyoru Kamran Yunus, müəllim və tələbələr iştirak ediblər. Tədbirdə öncə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Kitabxana-İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Zinharə Həsənova bildirib ki, dövlətimiz hər zaman şəhid ailələrinə, milli qəhrəmanlara, Qarabağ müharibəsi iştirakçılarına, məcburi köçkün soydaşlarımıza xüsusi diqqət və qayğı göstərir. Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri ilə görüşməsi bunun bariz nümunəsidir. Xalqımızın qəhrəman oğlu Təbriz Xəlilbəyli Xalq şairi Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açmışdı. Xəlil Rza Ulutürk əsl azadlıq carçısı idi. Belə bir azadlıq şairinin ailəsində böyüyən Təbriz Xəlilbəyli təbii ki, belə mübariz olmalı idi. 1991-ci ilin sonlarında könüllü olaraq cəbhəyə yola düşən Təbriz Xəlilbəyli qısa müddət ərzində döyüşçü yoldaşları arasında böyük nüfuz və hörmət qazanmışdı. İgid və cəsur bir döyüşçü kimi tanınan Təbriz Xəlilbəyli döyüşlərdə dəfələrlə qəhrəmanlıq göstərmiş, yaralı əsgər və zabitlərimizi atəş altından çıxarmış, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. O, 1992-ci il yanvar ayının 31-də Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak olub.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxışında qeyd edib ki, dünyada 6 minə yaxın xalq, 200 dövlət var. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, müstəqil dövləti var. Bu gün Azərbaycanın dünyanın 70-dən çox ölkəsində diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycanın müstəqillik qazanmasında xalqımızın Xəlil Rza Ulutürk, Təbir Xəlilbəyli kimi vətənpərvər oğullarının mühüm xidmətləri var. Vətənpərlik, millətsevərlik insanın daxilindən gəlir. Xəlil Rza Ulutürk milli-azadlıq hərəkatının gedişində öz alovlu çıxışları ilə xalqımızın mübarizə ruhunu daha da yüksəldirdi. Xalqımızın azadlığı uğrunda apardığı qətiyyətli və prinsipial mübarizəyə görə Xəlil Rza Ulutürk həbs edilsə də, o, əyilmədi, sınmadı, yenilməz iradə və qətiyyət nümayiş etdirdi. Təbriz Xəlilbəyli Xəlil Rza Ulutürkün layiqli övladıdır. Qısa ömür yaşasa da, xalq, Vətən üçün böyük işlər gördü. Təbriz Xəlilbəylinin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.
Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Razim Məmmədov çıxışlarında tələbə-gənclərə Xəlil Rza Ulutürk və Təbriz Xəlilbəyli kimi vətənpərvər olmağı tövsiyə ediblər.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli haqqında video təqdimatı olub, Filologiya fakültəsinin II tədris ili tələbəsi Aytac Əliyeva Xəlil Rza Ulutürkün “Oğlum Təbrizə” şeirini, I tədris ili tələbəsi Leyla Uquzova isə “Azərbaycanın Milli Qəhrəmanı” şeirini səsləndiriblər.
Təbriz Xəlilbəylinin anası Firəngiz Xəlilbəyli və Kamran Yunus çıxış edərək tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə və bu işdə əməyi keçən hər kəsə təşəkkür ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Pilot peşə təhsili müəssisələrinin tələbələri yay təcrübəsindədir
24.08.2019
Ağcabədili məzunlardan 446-sı tələbə adını qazanıb
23.08.2019
Abituriyentlərin nəzərinə
23.08.2019
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır
22.08.2019
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info