Gənc tarixçilərin ilk respublika elmi konfransı olub
Tarix: 02.04.2019 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda gənc tarixçilərin ilk respublika elmi konfransı keçirilib. Tarix İnstitutundan “Palitra”ya verilən məlumata görə, institutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə reallaşan konfrans “Elm günü”nə həsr olunub. İnstitutun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: “Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur”. Yaqub Mahmudov deyib: “Azərbaycan xalqına sovet dönəmində saxta tarix təqdim olunmuşdu. Guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “Böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər kitablar müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb. “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabında ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir”. Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa gənc tarixçilərin qarşısında duran başlıca vəzifə və elmi-tədqiqat istiqamətlərindən söhbət açıb: “İnstitut gənc tarixçilər arasında respublika müsabiqəsi təşkil edəcək. Tarixçilərin xarici dillər bilməsi çox önəmlidir. Misir Mədəniyyət Mərkəzində institutun əməkdaşları üçün ərəb dili kursları fəaliyyət göstərir”. Tarixçi alimlər Cəbi Bəhramov, Tofiq Nəcəfli, İradə Əliyeva və Lamiyə Qafar-zadə bildiriblər ki, Tarix İnstitutu təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edir. Elmi konfrans “Heydər Əliyev Azərbaycan Respublikasının qurucusudur”, “XX əsrdə türk-müsəlman xalqlarına qarşı deportasiyalar və soyqırımlar”, “Azərbaycan və digər türk xalqları yaşayan ərazilərdə çarizm və sovet rejiminə qarşı azadlıq mübarizəsi” və “Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikası: xarici və daxili siyasət, oxşar məqamlar” bölmələrində fəaliyyət göstərib. Bölmə iclaslarında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Qərbi Kaspi Universiteti və digər elm və təhsil müəssisələrindən olan 50-ə yaxın gənc tədqiqatçının məruzələri dinlənilib. Qeyd edək ki, Tarix İnstitutunun gənclərinin təklifinə əsasən 2018-ci ildə “Gənclərin dostu” mükafatı təsis edilib. Mükafatın ilk laureatı AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb
21.08.2019
Tərtərli məzunlardan 230 nəfəri tələbə adını qazanıb
20.08.2019
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcək
20.08.2019
47 nəfərin xarici ölkədə təhsil xərcinin maliyyələşdirilməsinə qərar verildi
20.08.2019
Biləsuvarda M.İbrahimov adına lisey-məktəb kompleksini bitirən şagirdlərin hamısı ali məktəblərə qəbul olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info