Moskvada “Miss və Mister RAGB-2019” müsabiqəsi keçirilib
Tarix: 02.04.2019 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Miss və Mister RAGB-2019” müsabiqəsi başa çatıb. AZƏRTAC xəbər verir ki, bu il mart ayında Azərbaycan gənclərinə xas olan ən yaxşı keyfiyyətləri təcəssüm etdirən bir gənc qız və bir gənc oğlan seçmək üçün müsabiqə elan edilib. RAGB-nin sosial şəbəkələrindəki səhifələrində aparılmış səsvermədən sonra səkkiz iştirakçı finala çıxıb. RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev müsabiqənin final mərhələsini açıq elan edərək deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilat Rusiyada yaşayan və təhsil alan gənclərin sıx birləşməsinə, onların elmi, təhsil, yaradıcılıq sahələrinə aid və ictimai xarakterli təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradır. Təşkilatın rəhbəri Leyla Əliyeva istedadlı gəncləri həmişə dəstəkləyir, onların yaradıcılıq imkanlarının reallaşdırılmasına kömək edir. E.Hacıyev deyib: “Bizim bugünkü tədbirimiz artıq ənənəyə çevrilir. Bu müsabiqəmiz başqa oxşar tədbirlərdən fərqlənir. Bizim müsabiqənin iştirakçıları münsiflər heyətinin üzvlərinə Azərbaycanın ənənələri, mədəniyyəti, milli geyimləri barədə məlumat verəcəklər. Onlar müğənni, rəqqas, intellektual və teatr sahəsinin mütəxəssisləri olacaqlar”.
Müsabiqənin final mərhələsinə çıxmış iştirakçılar – Səbinə Abbasova (Moskva), Səbinə Bayramova (Moskva), Kamilla Ələsgərova (Kazan), Tünzalə Mirzəzadə (Moskva), Şahnaz Zeynalova (Perm), Anar Ağazadə (Moskva), Seymur Qarayev (Kaluqa) və Məhər Məhərrəmov (Moskva) münsiflər heyətinə öz video-vizit kartlarını təqdim ediblər. Sonra üç iştirakçı yaradıcı müsabiqə, milli geyimdə defile və müsahibə sınaqlarından keçməli olublar. Hər bir iştirakçı müəyyən obraz fikirləşib tapıb və bu obrazı səhnədə yaradıb. Olduqca parlaq və qeyri-adi nəticə alınıb.
Münsiflər heyətinə modelyer-rəssam, Rusiya Dizaynerlər İttifaqının üzvü, Parisdəki Rus Rəssamlar Assosiasiyasının üzvü Orxan Sultan, opera səhnəsinin yeni ulduzu, Rusiya Milli Qvardiyası Federal Qoşun Xidməti ansamblının solisti, beynəlxalq müsabiqələr laureatı Lali Xabalova və “Səttar” brendinin həmtəsisçisi, rəssam Cemma Səttar daxil idi. Münsiflər heyətinin apardığı səsvermənin yekunlarına əsasən “Miss RAGB-2019” tacı G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin tələbəsi Səbinə Abbasovaya çatıb, “Mister RAGB-2019” - Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında Hərbi Universitetin kursantı Anar Ağazadə isə təşkilatçılardan kubok alıb.
Müsabiqənin qaliblərinə və digər finalçılara təşkilatçılar adından diplomlar və qiymətli mükafatlar təqdim edilib. Tədbir maraqlı musiqi proqramı ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
03.08.2020
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də
03.08.2020
“Azerbaijani Ladies Club” üzvləri adından Azərbaycan həkimlərinə dəstək mesajı - VİDEO
02.08.2020
Baş Prokurorluq: Siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir
02.08.2020
Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb
02.08.2020
AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info