AXH-nin iclasında niyə dava düşdü?
Tarix: 02.04.2019 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Azərbaycan müxalifətini təmsil edənlərin demək olar ki, yarıdan çoxu 90-cı illərin əvvəllərində iqtidarda olarkən ölkəni viran qoyan siyasətçilərdən ibarətdir. Əslində əməlləri, səbatsızlığı və fəaliyyətlərindəki bir çox anormal halları nəzərə alanda, bu şəxslərə heç siyasət adamı da demək olmur... Müxalifət nümayəndələrinin son çabaları isə çoxdan itirilmiş sosial bazanın bərpasına yox, sadəcə ayaqda durmağa hesablanıb. Yəni “biz də varıq”, hansısa qrantlar üçün aktiv fəaliyyətə daim hazırıq və s. Anormal fəaliyyətlərdən söz açmışkən, buna son və ən yaxşı nümunə kimi 90-ların bir sıra uğursuz məmurlarını özündə birləşdirən, xalqın adıyla yaradılıb xalqa aidiyyəti olmayan Azərbaycan Xalq Hərəkatını (AXH) göstərmək olar. Belə ki, aprelin 1-də AXH-nin iclası zamanı, eynilə 90-cı illərin əvvəllərində Milli Məclisdə baş verən dava-qovğaları, “söyüş yarışlarını”, yumruq savaşını xatırladan olaylar baş verib. AXH-nin toplantısının gərgin atmosferdə keçməsinə səbəb isə sabiq daxili işlər naziri İsgəndər Həmidov olub. Ümumiyyətlə, hər kəsə bəllidir ki, İsgəndər Həmidov harada olursa, mütləq həmin yerdə nə isə bir qalmaqal yaşanmalıdır... Bu, 90-ların məşhur yarıtmaz məmurlarının xarakteridir desək, yanılmarıq. Məlum iclasda qarşıdurmanın baş verməsi isə çox sadə bir təklifə görə olub. Belə ki, İsgəndər Həmidov ortaya təklif kimi Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının hərəkatın idarə heyəti üzvlüyündən çıxarılması məsələsini qoyub. AXH-nin dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı Bəxtiyar Tuncay isə N.Pənahlının çıxarılmasının əleyhinə olublar. Amma səsvermə nəticəsində N.Pənahlı AXH-dən uzaqlaşdırılıb.
İclasın canlı yayımla təqdim olunan videogörüntülərinə baxanlar aşkar gördülər ki, burada da qrup maraqları, şəxsi ambisiyalar, intriqaların hansısa maraqlara görə böyüməsi özünü göstərdi. İ.Həmidov T.Abbaslının da hərəkatın idarə heyətindən uzaqlaşdırılması təklifini verməsi isə aranı elə qızışdırıb ki, artıq söyüşlər işə başlayıb. Amma İ.Həmidovun təklifi keçməyib və o, AXH-nin dönəm sədri, idarə heyəti üzvü kimi qalıb.
Söyüşlər, az qala yumruq davası həddinə gəlib çıxan bu situasiya Tural Abbaslının sabiq naziri hər yerdə hərəkatın adından danışmaqda və həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanova "ağsaqqalım" deməkdə ittiham etməsindən sonra özünün kulminasiya nöqtəsinə çatıb. Hər iki şəxsin əlbəyaxa dava həddinə çatmasından sonra iclasa gələn 20-ə yaxın adam da ağır ittihamlara başlayıblar. Keçmiş müdafiə naziri Rəhim Qazıyev də hərəkətləri ilə özünün “cavanlığını xatırladıb”. O çıxış edərkən yerdən dəxilsiz olaraq İsgəndər Həmidovun xeyrinə alqışlar, fikirlər səsləndirənləri acılayıb ki, bu da sonda tədbiri ən ağır söyüşlərin səsləndirildiyi idarəolunmaz bir toplantı halına gətirib çıxardı.
Bütün bunlardan bir daha belə nəticəyə gəlmək olar ki, illər keçsə də, 90-cı illərin xaos və anarxiyasına səbəb olan yarıtmaz rəhbərlər müdrikləşmək əvəzinə, daha da geri gedirlər. Müxalifətin hələ də küçə səviyyəsində yürüdülən siyasət sərgiləməsi bir daha onu göstərir ki, 20 nəfərin bir araya gəlib keçirdiyi toplantını idarə edə bilməyənlər xalqı idarə etmək bacarığında deyillər. Bu sırada Əli Kərimli, Arif Hacılı və “gəlirik”, “inqilab edirik” deyib, xalqı özlərinə güldürən bəzi mühacirlər də var. Bu adamlar İsgəndərlər və Qazıyevlərdən geri qalmırlar. Onların da öz dava-qovğası var. İllərlə AXCP ilə Müsavat arasında olan intriqalar, eləcə də REAL Partiyası rəhbərliyi ilə Əli Kərimlinin ulduzunun barışmaması buna misal ola bilər. Elə xaricdə yaşayan bir qrup siyasətin əlifbasından belə, xəbərsiz olan “qrant ovçuları” da öz aralarında dəfələrlə ağır söyüşlərlə müşayiət olunan davaya çıxıblar. Yəni zamanın, dövrün tələbləri dəyişsə də dəyişməyən bir şey var ki, o da müxalifətdəkilərin əsl xislətidir!

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info