Qida təhlükəsizliyi ilə bağlı onlayn təlim keçiriləcək
Tarix: 02.04.2019 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə aprelin 4-də qida məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün “Qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən xidmətlərin təşkili və yeniliklər” mövzusunda onlayn təlim keçiriləcək.
Təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (kompyuter və mobil telefon) istifadə etməklə qoşulmaq mümkündür.
Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern” mərkəzinin texniki imkanlarından isifadə ounmaqla təşkil olunacaq onlayn təlimdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qida təhlükəsizliyi, bu sahədə müvafiq prosedurlar və yeniliklərlə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılacaqdır.
KOBİA-nın Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən-Şabran, Yevlax, Gəncə, Qəbələ, Abşeron və Füzuli rayonları üzrə KOB dostları tərəfindən onlayn təlimə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstəriləcəkdir.
Onlayn təlimlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://smb.gov.az/news/qida-thluksizliyi-il-bagli-onlayn-tlim-kecirilck

Cavidan




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Pakistanın Baş Konsulluğunda partlayış
25.08.2019
Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib
25.08.2019
G7 ölkələri Amazon meşələrində yanğınlarla mübarizə üçün beynəlxalq mexanizm yaradır
25.08.2019
Putin növbəti “G7“ sammitinə dəvət edilə bilər
25.08.2019
Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info