“Sahibkarlara xidmət” və “Biznes inkubasiya” mərkəzləri fəaliyyətə başlayıb
Tarix: 02.04.2019 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Aprelin 2-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara Xidmət” və “Biznes İnkubasiya” mərkəzləri fəaliyyətə başlayıb. Bununla əlaqədar keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının uğurlu siyasəti nəticəsində iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının genişləndiyini vurğulayıb. Nazir müavini qeyd edib ki, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və özəl sektorun iqtisadiyyatda rolunun daha da artırılması məqsədilə kompleks dövlət dəstəyi tədbirləri həyata keçirilir. Yeni yaradılmış mərkəzlər sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin, özəl sektorun güzəştli qaydada maliyyələşdirilməsində səmərəliliyin daha da artırılmasında, kiçik və orta sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin daha geniş tətbiqində əhəmiyyətli olacaqdır. Tədbirdə mərkəzlərin fəaliyyət istiqamətləri, sahibkarlara və startapçılara müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə göstərilən xidmətlər barədə məlumat verilib. “Sahibkarlara Xidmət” mərkəzində müasir informasiya-kommunikasiya imkanlarından istifadə etməklə sahibkarların müraciətlərinin operativ şəkildə cavablandırılması üçün hər cür şərait, o cümlədən qaynar xətt (012-310-23-00) yaradılıb. Mərkəz həmçinin, hüquqi, iqtisadi və digər məlumatların toplanması, bazar konyukturasının öyrənilməsi, müasir texnologiyaların və elmi-texniki yeniliklərin təbliği, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyət göstərəcək. “Biznes İnkubasiya” mərkəzi vasitəsilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən təşəbbüskar, innovativ ideyası olan gənclərə dəstək veriləcək, startapçıların ideyalarının reallaşdırılması üçün lazımi şərait yaradılacaq. Sonra tədbir iştirakçıları mərkəzlər və burada göstərilən xidmətlərlə tanış olublar. Tədbir çərçivəsində həmçinin, Sahibkarlığın İnkişafı Fondunun yeni formatda və dizaynda “www.edf.gov.az” saytının təqdimatı keçirilib. Bir sıra yeniliklərin edildiyi sayt vasitəsilə sahibkarlar Fonda video-müraciət edə bilərlər. Saytın həmçinin, mobil versiyası da yaradılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşməni genişləndirir
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info