Ermənistanda yaxşılığa doğru heç bir dəyişiklik nəzərə çarpmır
Tarix: 02.04.2019 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


“İrəvanın Moskvadan olan asılılığı bu gün də əvvəlki axarı ilə davam etməkdədir”

« Rusiya dövlət başçısı Vladimir Putinlə erməni baş nazir Nikol Paşinyan arasında telefon danışığı olub. Erməni baş nazir Rusiya rəhbərinə Dağlıq Qarabağla bağlı danışıqlarda mühüm vasitəçilik roluna görə minnətdarlıq edib». Qeyd edək ki, Kremlin mətbuat xidməti tərəfindən yayımlanan bu xəbər, bir çox erməni KİV-ləri tərəfindən birtərəfli qarşılanmayıb. Maraqlıdır ki, bir çox erməni yazarlar Paşinyanı acizlikdə ittiham etməkdən çəkinməyiblər. Ermənilərin «ArmenianReport» saytında yer alan bir yazı da bu qəbidəndir. Yazını bir neçə istisnalarla diqqətinizə çatdırırıq.
«Ermənistan bu gün əvvəlki rejimlər kimi, hələ də Qərbdən uzaqdır. Bundan başqa, Paşinyan da öz sələfləri kimi, hər hansı bir səbəbdən Putinlə məsləhətləşməyə, ona hesabat verməyə tələsir.

“Ermənistan hazırda Rusiyanın qanadı altındadır və Paşinyanın verdiyi vədlərə baxmayaraq, hələ ki, sığındığı qanad altından çıxmaq niyyətində deyil”

Ötən ilin aprelində ölkədəki çoxsaylı müxalifət nümayəndələrindən birinə çevrilən Nikol Paşinyan əhalinin əksəriyyətini öz tərəfinə çəkməyi bacararaq, Ermənistanın «ən nüfuzlu» şəxslərindən biri olan Serj Sarkisyana meydan oxumağa başladı. Təbii ki, Sarkisyan və onun korrupsiyaya uğramış hökumətinə qarşı erməni xalqında yaranmış olan nifrət və eyni zamanda Paşinynanın ölkə əhalisinin həyatının yaxşılaşdırılması barədə verdiyi çoxsaylı vədlər onun hakimiyyətə gəlməsinə böyük bir təkan verdi. Lakin ölkədə yaşanan «məxməri inqilab»dan sonra Paşinyanın xalqa vəd etdiklərinin heç yarısını belə, həyata keçirməməsi, bəlkə də keçirə bilməməsi, bir çox mətləbləri ortaya qoydu. Əlbəttə, bu gün Ermənistanda heç kim 2018-ci ilin aprelindən daha dolğun və daha xoşbəxt yaşadığını iddia edə bilməz. Yəni ölkədə hələ ki, yaxşılığa doğru heç bir dəyişiklik nəzərə çarpmır. Ermənistan hələ də əvvəlki həyatını yaşayır və təəssüflə qeyd edilməlidir ki, İrəvanın Moskvadan olan asılılığı bu gün də əvvəlki axarı ilə davam etməkdədir. Halbuki Paşinyan hakimiyyətinin ilk günlərində Ermənistanın gələcəyinin Avropa Birliyi və NATO-ya bağlı olacağını bəyan etmişdi. Ancaq ötən zaman ərzində biz hələ də «inqilabçı» Ermənistanın yalnız Avrasiya İqtisadi Birliyi və KTMT-də üzvlüyünü saxladığını görürük. Bu gün bizim kənar təzyiq və təhdidlərə məruz qalmağımızın nəticəsi, bəlkə də, hələ də Moskvaya bağlılığımızın nəticəsidir. Bu gün Rusiyanın nə sərhədçiləri, nə də ordusu hələ də Ermənistanı tərk etməyib. Əslində, bunlar Ermənistanın Moskvadan asılılığının göstəricisidir. Buna görə, Ermənistan bu gün əvvəlki rejimlər kimi, hələ də Qərbdən çox uzaqdır. Bundan əlavə, Paşinyan da əvvəlki sələfləri kimi, hər hansı bir məsələ ilə bağlı ilk olaraq Putinlə məsləhətləşməyə qaçır.
Biz bunun son nümunəsini Paşinyanın Vyanadan döndükdən sonra Putinə verdiyi hesabatda da gördük. Erməni baş nazirə sual olunur: belə olan halda, Kremlin kuklaları olan Sarkisyan və ya Koçaryanla sənin nə fərqin oldu ki? O da maraqlıdır ki, əvvəlki ölkə rəhbərlərinin bu addımlarının erməni cəmiyyətində həmişə narazılıqlarla qarşılandığını anlayan Paşiynanın belə bir addım atması nə qədər doğrudur? Deməli, Paşinyanın Moskvanın xidmətindən xilas ola bilməyəcəyi ortada görünür. Məhz bu mənada, Kremlin analitikləri və şərhçiləri sakit ola bilərlər. Belə ki, Ermənistan hazırda Rusiyanın qanadı altındadır və Paşinyanın verdiyi vədlərə baxmayaraq, hələ ki, sığındığı qanad altından çıxmaq niyyətində deyil. Belə görünür ki, xalqı Qərbə aparacağına söz verən dünənki «müxalifətçi» Paşinyan, bu gün baş nazir kimi artıq bunu həyata keçirmək iqtidarında deyil. Çünki artıq Nikol Paşinyan Kremlin «müdrik əmrlərinə» əməl edən bir müqəvvaya çevrilməkdədir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
“Yerevan Today”: Paşinyan nüfuzdan düşüb
23.08.2019
Çeçenistanda Avropanın ən böyük məscidi açıldı
23.08.2019
Paşinyan Qərb üçün uğursuz layihəyə çevrilir
23.08.2019
Ermənistanı hərbi xərclərini artırmağa məcbur edən səbəb
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info