Tural Gəncəliyev: Tezliklə doğma torpaqlarımıza qayıdacağımıza ümid edirik
Tarix: 02.04.2019 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyəti Cocuq Mərcanlıya səfər edib



“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyəti Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş və yenidən qurulan Cocuq Mərcanlı kəndinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İdarə Heyətinin üzvləri əvvəlcə Cəbrayıl və Xocavənd rayonlarının rəhbərliyi ilə birgə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə əklil və tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla anıblar.
Sonra yol kənarına çinar ağacları əkilib. Daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi və sakinlərlə görüş keçirilib. Müəllim və şagirdlər qarşısında çıxış edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirib ki, bu səfər üç il əvvəl Azərbaycan Ordusunun yazdığı şanlı günlərə təsadüf edir. “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilməsi, Silahlı Qüvvələrə göstərilən yüksək diqqət və qayğı nəticəsində dünyanın ən güclü orduları sırasında dayanan Azərbaycan Ordusu 2016-cı ildə öz gücünü düşmənə göstərdi. Əgər Azərbaycanın ərazi bütövlüyü sülh yolu ilə bərpa olunmasa, işğal altında olan torpaqlarımızı hərb yolu ilə azad edəcəyik”, - deyə İdarə Heyətinin sədri qeyd edib. Qonaqlar məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzib, müəllim və şagirdlərlə söhbət ediblər. Məktəbin direktoru Zamin Həziyev onlarla görüşə gəldiklərinə, mənəvi dəstək olduqlarına görə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinə minnətdarlığını bildirib. Qəsəbədəki uşaq bağçasına gələn İdarə Heyətinin üzvləri uşaqlara hədiyyələr veriblər. Sonra ön xəttə xidmət edən əsgər və zabitlərin xidmət və məişət şəraiti ilə tanış olub, işğal altındakı Azərbaycan ərazilərini müşahidə ediblər. Cocuq Mərcanlı kənd klub-icma mərkəzində sakinlər və N saylı hərbi hissənin əsgər və zabitləri üçün konsert proqramı təşkil olunub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin estrada heyətinin təqdim etdiyi musiqilər iştirakçılarda xoş ovqat yaradıb. Qonaqlar Cocuq Mərcanlı sakinləri və əsgərlərlə birgə rəqs ediblər.
İdarə Heyətinin üzvləri Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə də gəlib, burada şəhidlərin ruhuna dua oxuyublar. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev jurnalistlərə müsahibəsində deyib: “Səfərimizin əsas məqsədi düşmənə mesaj verməkdir ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməyə, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz torpaqlarına qayıtmağa hazırdır. Azərbaycan Ordusunun qüdrəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində biz bunu Aprel döyüşlərində düşmənə göstərdik. 86 min nəfərdən çox üzvü olan azərbaycanlı icması doğma torpaqlarına qayıtmaq, öz mülkiyyətlərinə sahib olmaq əzmi ilə yaşayır və biz bu arzumuzun tezliklə həyata keçəcəyinə ümid edirik. Azərbaycan Prezidenti tərəfindən aparılan sülh danışıqları, göstərilən konstruktiv mövqe ortadadır. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması olaraq biz sülh istəyirik. Biz öz torpaqlarımıza geri dönmək hüququndan, mülkiyyət hüququndan məhrum olmuşuq. Yaxşı olar ki, ermənilər bunu başa düşsünlər, işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarsınlar və biz öz doğma torpaqlarımıza, ata-baba yurdlarımıza geri dönək. Ermənistan qoşunlarının Azərbaycan ərazilərində daimi qalması mümkün deyil. Bunu nə qədər tez başa düşsələr Ermənistan üçün bir o qədər yaxşı olar”. Tural Gəncəliyev qeyd edib ki, Ermənistan qoşunları Azərbaycan ərazilərindən tam çıxarılandan sonra Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması erməni icması ilə birgə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində daimi sülh şəraitində yaşamağa hazırdır.




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Pakistanın Baş Konsulluğunda partlayış
25.08.2019
Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib
25.08.2019
G7 ölkələri Amazon meşələrində yanğınlarla mübarizə üçün beynəlxalq mexanizm yaradır
25.08.2019
Putin növbəti “G7“ sammitinə dəvət edilə bilər
25.08.2019
Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info