Əlilliyi olan şəxslər 7500-dən çox reabilitasiya vasitəsi ilə təmin edilib
Tarix: 02.04.2019 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2788 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidməti göstərilib. Onlardan 329 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər olub.
Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 356 əlil arabası, 262 aşağı və yuxarı ətraf, habelə döş protezi, 1699 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 46 korset, 479 cüt protez ayaqqabı, 1253 cüt ortopedik ayaqqabı, 298 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 678 qoltuqaltı və dirsəkaltı ağac, 489 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.
Ümumilikdə, 2019-cu ilin birinci rübündə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 7583 reabilitasiya vasitəsi verilib, 178 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Pakistanın Baş Konsulluğunda partlayış
25.08.2019
Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib
25.08.2019
G7 ölkələri Amazon meşələrində yanğınlarla mübarizə üçün beynəlxalq mexanizm yaradır
25.08.2019
Putin növbəti “G7“ sammitinə dəvət edilə bilər
25.08.2019
Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info