Novruz Məmmədov: Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var
Tarix: 02.04.2019 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 2-də Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyev ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan Novruz Məmmədov dost və qardaş ölkələrimiz, xalqlarımız arasında tarixən çox yaxşı əlaqələrin mövcud olduğunu bildirib. Təməli ulu öndər Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayev tərəfindən qoyulan Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Baş nazir ötən ilin noyabrında Qazaxıstanın paytaxtı Astanada MDB Hökumət Başçıları Şurasının iclasında iştirakını, keçirdiyi görüşləri məmnunluqla xatırladıb. Baş nazir bildirib ki, qarşılıqlı səfərlər, aparılan danışıqlar, imzalanan sənədlər bu gün ölkələrimiz arasında çox möhkəm əlaqələrin mövcud olduğunu sübut edir. “Hesab edirəm ki, dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var və sizin səfəriniz əməkdaşlığımızın genişləndirilməsi baxımdan xüsusi əhəmiyyət daşıyır”,- deyə Baş nazir Novruz Məmmədov vurğulayıb.
Nazir Askar Jumaqaliyev bildirib ki, müstəqilliklərini bərpa etdikdən sonra ölkələrimiz arasındakı əməkdaşlıq daha da möhkəmləndirilib və bu gün Azərbaycan-Qazaxıstan əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf etdirilir.
Görüşdə Azərbaycanın və Qazaxıstanın Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından maksimum dərəcədə faydalanmaqda maraqlı olduğu vurğulandı. Həmçinin Xəzər dənizində birgə fəaliyyətə, nəqliyyat, rabitə, müdafiə sənayesi, kosmik sənaye, İKT, o cümlədən rəqəmsallaşma sahələrində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info